Rəhman Hacıyev 1news.az-ın xüsusi layihəsi haqqında: Nə üçün Bakıya “Formula-1” qran-pri yarışı lazımdır? | 1news.az | Xəbərlər
Köşə

Rəhman Hacıyev 1news.az-ın xüsusi layihəsi haqqında: Nə üçün Bakıya “Formula-1” qran-pri yarışı lazımdır?

17:51 - 18 / 03 / 2016
Rəhman Hacıyev 1news.az-ın xüsusi layihəsi haqqında: Nə üçün Bakıya “Formula-1” qran-pri yarışı lazımdır?

Bir çoxlarını Bakıda “Formula-1” yarışları ilə nə edək sualı narahat edir. Açığını deyim ki, məni də həmçinin...

Ötən il Əbu-Dabidə “Yas Marina Circuit”-də təşkil olunmuş sezonun son “Formula-1”qran-pri yarışına gedə bildim.

Demək istərdim ki, baxmayaraq dəfələrlə Birləşmiş Ərəb Əmirliklərində olmuşdum, lakin Əbu-Dabi yarış keçirilən zaman məni heyran etdi. Daha dəqiq, məni Yas adası heyran etdi. Burada təqvimin ən “gənc” qran-pri yarışı keçirilirdi.

Həmçinin məni təşkilatçılıq, iri miqyas və ... turistlərin sayı heyran etdi.

Bakıya qayıdarkən bu haqda məqalə yazacağıma dair özümə söz verdim. Lakin məqalə ilə əlaqədar məlumat toplayarkən təqvimdə “gənc” qran-priyə aid daha bir informasiya ilə rastlaşdım və bu haqda ilk növbədə yazmaq qərarına gəldim.

Bu, Sinqapur qran-prisidir. Yarışı həyata keçirməklə bu kiçik ada-dövlət 10 il müddətinə 1 milyard dollara yaxın mənfəət əldə etməyi planlaşdırır.

Beləliklə, Bakı yarışın həyata keçirilməsilə bağlı yaxın 5 il müddətinə razılaşıb.

Bu, bizə lazımdır ya yox, əlbəttə ki – bu məsələ geniş müzakirə olunmalıdır.

Ola bilsin ki, hazırda (iqtisadi sarsıntıları nəzərə alaraq) bu qərar o qədər də aydın görünmür. Lakin bu qərar artıq qəbul edilib. Və bundan maksimal dərəcədə fayda əldə etməyi anlamaq lazımdır, əlbətə ki, əgər bu, mümkündürsə.

Və burada mənə elə gəlir ki, “Formula-1” yarışının turizm sahəsində yaradacağı potensial impulsu hamımız axıradək dərk edə bilmirik. Buna görə də mən, bu mövzuda kiçik də olsa xüsusi layihə hazırlamağı qərara almışam.

Həmin Sinqapur uğura və az olmayan maliyyə gəlirinə necə nail olub? Sirr nədədir?

Mən bu suallara təqdimatda cavab tapmağa çalışdım ki, məlumatı bu linkdən tapa bilərsiniz.

İmkan daxilində sizi maraqlandıran sualları cavablandırmaqda çox şad olaram (mövzunu buradan müzakirə etmək olar).

Və nəhayət. Bu, “Formual-1” yarışına həsr olunmuş nəşrlərdən birincisidir.

Stay tuned…

Rəhman Hacıyev

1news.az-ın Baş redaktoru

Təqdimata daxil olmaq üçün aşağıdakı fotonu klik edin.

Paylaş:
6361

Sizin üçün xəbərlər

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər