72 gün dostlarını yeyərək həyatda qaldılar - Qəzaya uğrayan təyyarə barədə ŞOK faktlar | 1news.az | Xəbərlər
Dünya

72 gün dostlarını yeyərək həyatda qaldılar - Qəzaya uğrayan təyyarə barədə ŞOK faktlar

14:10 - 09 / 10 / 2018
72 gün dostlarını yeyərək həyatda qaldılar - Qəzaya uğrayan təyyarə barədə ŞOK faktlar

12 Oktyabr 1972-ci ildə Uruqvayın "Old Christians" adlı komandası Çilinin Santiaqo şəhərinə yarış üçün yola düşdü.

And Dagları üzərindən keçən təyyarə hava şəraiti pisləşdiyinə görə gecə uçuşunu təxirə salaraq Argentinanın Mendoza şəhərinə endi. 13 Oktyabrda yenidən havalanan təyyarə dağ keçidi ilə uçmağa başladı.

Hündürlüyü 4000 mentrdən yüksək olan dağların üzərindən keçməsinə baxmayaraq, alçaqdan uçan təyyarə qəzadan yayına bilmədi. Çili-Argentina sərhəddi yaxınlığında daha sonra “Göz yaşları buzlağı” adlandırılacaq zirvəyə dəyərək sağ qanadı qopdu. Qopan hissə geriyə sovrularaq təyyarənin quyruğunda böyük deşik açdı. İdarəetmədən çıxan təyyarə əvvəlcə dik yamaca çırpıldı, daha sonra qar yığınına ilişərək dayandı.

Qəza zamanı təyyarədə olan 45 sərnişindən 12-si ölmüşdü. Hadisədən bir gün sonra 5 nəfər də həyatını itirdi. Qəzanın 8-ci günü yaralılardan biri də öldü. Sağ qalan 27 nəfər isə And dağlarının yüksəkliyində dondurucu soyuğun altında ölümə tərk ediləcəklərindən xəbərsiz mübarizə aparmağa davam etdilər.

Qəzanın 16-cı günüdə qar uçqunu 8 nəfərin də canını aldı. Qəzanın 60-cı gününəcən 3 nəfər də öləcək, geriyə qalan 16 nəfər isə öz səyləri nəticəsində xilas olacaqdı. Amma necə?

Missiya.Az-a istinadən dəhşətli qəzanın dəhşətli nəticələrini təqdim edirik:

Qəzadan sonra onlarla yaralı vardı. Amma sağ qalanların araslnda cəmi iki nəfər tibb oxuyan tələbə var idi. Onlar bacardıqları qədər ilkin tibbi yardım göstərsələr də, bu kifayət deyildi. Qırıqları, çıxıqları olanlar, qanaxması olan yaralılar vardı. Bir də aclıq və dondurucu soyuq. Bu səbəbdən də zəif düşən hər kəs ölümə məhkum idi.

İtən təyyarənin axtarışlarına üç ölkənin xilasetmə-axtarış qüvvələri cəlb olunmuşdu. Lakin, ağ təyyarə qarın içində görünməz idi.

Qəzada sağ qalanların bu şiddətli soyuqda nə irəliləməyə yönləri, nə də isti geyimləri var idi. Təyarənin izolyasiya materiallarından hazırladıqları yorğanlarla qızınır, 3-4 nəfərlik quruplar halında bu yorğanların altında yatırdılar.

Ən böyük problem isə aclıq idi. Qəzadan sonra iki gün təyyarədən tapdıqlarını yesələr də, qidalar qısa zamanda tükənmişdi. Çemodanlardan tapdıqları şokolad, biskvitləri də yedikdən sonra geriyə heç nə qalmamışdı. Qarla örtülü bu yüksəklikdə nə bir bitki örtüyü, nə də yeməyə heyvan tapılırdı. Həyatda qala bilmək üçün ağır qərar vermək lazım idi: Ölən yoldaşların cəsədlərini yemək...

Ölənlərin əksəriyyəti sinif yoldaşları, dostları, yaxınları idi. Bəziləri başda çəkinsələr də, aclığa güc gələ bilmədilər.

Qəzadan xilas olanlardan Nando Parrado 2006-cı ildə yayımladığı kitabda həmin məsələ barəsində belə yazır:

“Acından ölürdük və yemək tapa bilmirdik. Axtarırdıq, təyyarənin içini, kabinləri, göyərtəni. Heç nə tapa bilmirdik. Dəri çemodanların üzünü qopartıb yeməyə çalışdıq. Onların tərkibində olan kimyəvi maddələrin bizə necə ziyan olduğunu bilə-bilə. Təyyarənin oturacaqlarını, bəlkə saman taparıq, deyə södük, amma matrasdan başqa bir şey yox idi. Düşüncəmdə təkrar-təkrar eyni nəticəyə gəlirdim. Əgər üstümüzdəki paltarları da yeyə bilmiriksə, burdə aliminiumdan, plastikdən, buz və qayadan başqa heç nə yoxdur”.

Qəzanın 11-ci günündə təyyarədən tapdıqları radionu dinləyərkən aparılan axtarışların dayandırıldığını öyrəndilər. Aldıqları xəbərdən ümidsizliyə düşsələr də, uzun müddət ölmüş yoldaşlarının ətini yeyərək həyatda qaldılar. 60-cı gündə tək xilas yolunun qərbə doğru gedərək dağları aşmaq olduğunu anladılar. Sağ qalan qurupdan iki nəfər corablarına cəsədlərdən qopardıqları tikələri yığaraq 12- dekabırda dağa dırmanmağa başlad. Bir neçə günlük axtarışdan sonra torpaq zəmin tapmışdılar. Yürüşlərin 9-cu günü 3 nəfər kəndli ilə qarşılaşdılar. Ertəsi gün kədlilərin çağırdığı yardım dəstəsi qəzanın 70-ci günü iki nəfəri xilas etdi. Həmin xəbəri geridə qalanlar radioda eşitdilər. Qəzanın 71-ci günü 6 nəfər, 72-ci günü isə son 8 nəfər xilas edildi.

Xilas edilənlər, yanlarında olan pendirləri yeyərək sağ qaldıqlarını dedilər. Reallığı isə ailələrinə saxlamışdılar. Amma hadisənin dünya mətbuatında böyük marağa səbəb olması ilə qəza yeri jurnalistləri də cəzb etdi. Hadisə yerindən çəkilmiş dəhşətli kadrlar dəhşətli faktı üzə çıxdı. Ölənlərin yaxınlar və bütün rəsmilər həyatda qalanların bu davranışına haqq versələr də, mətbuat məhz ölülərin ətini yemə məsələsinə diqqət çəkərək faktları cəmiyyətə yaydı. Bu da 16- nəfərin sağ qalmaq mübarizəsini başqa dona bürüdü. Media sayəsində sağ qalanlar, qəhrəman yox, adamyeyən kimi yaddaşlarda qaldı.

1news.az

Paylaş:
31423

Son xəbərlər

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42
Bütün xəbərlər