ABŞ-ın ticarət missiyası Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABŞ-ın ticarət missiyası Azərbaycana səfər edəcək

09:20 - 26 / 09 / 2017
ABŞ-ın ticarət missiyası Azərbaycana səfər edəcək

ABŞ Ticarət Nazirliyi və Azərbaycan səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi ABŞ ticarət missiyasının oktyabrın 16-dan 18-dək ölkəmizə səfəri gözlənilir.

1news.az xəbər verir ki, missiyanın əsas məqsədi iki ölkə arasında iqtisadi, ticarət və işgüzar əlaqələrin inkişafına töhfə vermək, habelə yeni əməkdaşlıq əlaqələrinin qurulması, o cümlədən Azərbaycanda investisiya yatırımları imkanlarının təşviqidir.

ABŞ Ticarət Nazirliyi tərəfindən sertifikatlaşdırılmış missiya şirkət və heyət üzvlərinin sayına görə indiyədək reallaşan missiyalar arasında ən böyüyü hesab edilir. Onun tərkibinə müxtəlif sahələrdə, o cümlədən kosmik sənaye, müdafiə, təhlükəsizlik və yüksək texnologiyalar, telekommunikasiya, maliyyə və bankçılıq, kommunal xidmətlər, tikinti, təmir və mühəndislik, yol və körpülərin salınması, ətraf mühit, nəqliyyat və logistika, kənd təsərrüfatı texnika və texnologiyaları, suvarma, qida sənayesi, dəmir yolu və digər nəqliyyat vasitələri məhsul və xidmətləri üzrə ixtisaslaşmış ABŞ və dünyanın tanınmış korporasiyaları qatılıb.

Ümumilikdə 30-dək heyətdən ibarət missiyaya “Acrow Bridge”, “Altec Worldwide”, “Amsted Rail”, “Argus Limited”, “AVIS”, “Baron”, “DTN”, “Geophysical Survey Systems”, “Greenbrier”, “Lindsay Corporation”, “Lockheed Martin”, “Miyamoto International”, “MWH Global”, “Nelson & Pade”, “Obie Technologies”, “Overseas Private Investment Corporation”, “Tutti-Frutti Licensor”, “US Commercial Service”, “USACC”, “VISA” kimi şirkət və təşkilatlar daxildir.

Səfər çərçivəsində missiya üzvlərinin Azərbaycanda dövlət qurumları, yerli şirkətlər, investisiya agentlikləri və beynəlxalq təşkilatlarla bir sıra görüşlər keçirməsi planlaşdırılır. Ümumilikdə, səfər zamanı 120-dən çox işgüzar görüşün təşkili gözlənilir.

1news.az

Paylaş:
2572

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər