“Aclıq aksiyası” tragik-komediyası və Sorosun növbəti anti - Azərbaycan planı | 1news.az | Xəbərlər
Siyasət

“Aclıq aksiyası” tragik-komediyası və Sorosun növbəti anti - Azərbaycan planı

12:55 - 08 / 01 / 2019
“Aclıq aksiyası” tragik-komediyası və Sorosun növbəti anti - Azərbaycan planı

Müasir dövrdə hər hansı əməliyyatın həyata keçirilməsi prosesində ilk növbədə onun informasiya və təbliğat kampaniyası hazırlanır və sonra icraat prosesi başlayır.

Son günlər ərzində Mehman Hüseynov ətrafında yaradılan şişirdilmiş kampaniya və onun informasiya və siyasi təzyiq komponentləri müasir dillə desək əvvəlcədən hazırlanmış siyasi provokasiya və ya “psixoloji əməliyyat” adlandırıla bilər.

Əsasən 2013 və 2015-ci illər daxil olmaqla, Soros tərəfindən maliyyələşdirilməklə Azərbaycana qarşı müxtəlif informasiya müharibələri və kampaniyaları aparılıb. Xüsusilə 2015-ci ildə ölkəmizdə keçirilən Birinci Avropa Oyunları əsnasında bu kampaniya daha qabarıq və eybəcər forma almışdır.

Kampaniyanın həyata keçirilmə metodu çox bəsitdir. “Faydalı axmaq” (useful idiot) və ya hər hansı milli satqın tapılır və onun qanunazidd əməlləri və qanun qarşısında cavabdehliyi fonunda insan hüquqlarının pozulması şousu yaradılır. “Xədicə”, “Leyla və Arif Yunus”, “Emin Hüseynov”, “İlqar Məmmədov” ssenarilərini yəqin hər kəs xatırlayır. Bu məqsədlə beynəlxalq media, xüsusilə Soros fondunun təsir etdiyi və qrantlar verdiyi “Washington Post”, “Guardian” kimi media qurumları, bir sıra QHT-lər, insan hüquqları müdafiə təşkilatları, bəzi ölkələrin və beynəlxalq təşkilatların parlament assambleyalarında olan nüfuz agentləri və sosial şəbəkələr işə salınır. Bu dəfə isə “tragik-komediya”nın baş rolunun ifaçısı Mehman Hüseynovdur. Ssenari müəllifi yenə də Soros olsa da, assistentlər rolunda Xədicə və Mehmanın qardaşı Emin Hüseynov çıxış edir.

Corc Soros

Göründüyü kimi, Mehmanın “aclıq aksiyası”ndan əvvəl bu ssenarinin informasiya və ideoloji-propaqanda elementləri hazırlanmışdı. Gəlin son bir neçə ay ərzində baş verən hadisələri ardıcıllıqla təhlil edək və onda bütün ssenari tam aydın olacaq.

İlqar Məmmədovun həbsdən azad edilməsindən sonra anti-Azərbaycan qruplar və onların yerli havadarlarının propaqanda üçün tezis və dəlil bazası tükənmişdir. Deməli, hər hansı fərdlər tərəfindən yenidən qanunun pozulması və Azərbaycan hökumətini qanuni addımlar atmağa təhrik etmək lazımdır. Başqa sözlə desək yeni “Xədicə” və ya “Yunuslar” obrazı yaratmaq lazımdır. Bu sırada ilkin addım kimi Azərbaycan xalqının kollektiv yaddaşından silinməkdə olan Xalq Cəbhəsi partiyası və onun rəhbərliyi 2018-ci ilin noyabr ayında Şəhidlər xiyabanı daxil olmaqla, şəhərin mərkəzi küçələrində aksiya keçirməyə cəhd etdi. Provokasiyadan xəbərdar olan Azərbaycan hökuməti təmkinli davranaraq, bu hadisələri təşkil etmiş şəxsləri yalnız cərimə etdi və onların özlərini həbs etdirmək cəhdlərinin icra olunmasına imkan vermədi.

Bundan sonra anti-Azərbaycan ünsürlərin sözün əsl və məcazi mənasında ağır artilleriyası olan Xədicə İsmayıl işə salındı. Vergi qaydalarını pozan Xədicənin hesabına daxil olmalı olan pullara cərimə tətbiq olunması növbəti mövzu kimi ortaya atıldı. Buna paralel olaraq, anti-Azərbaycan ünsürlərin xarici havadarları olan söyüş qəhrəmanları Orduxan, pəltək Arif Məmmədov və digər özü deyib, özü eşidənlər təkrar fəallaşdırıldı.

Sorosun maliyyələşdirdiyi “Guardian” və “Euroasianet.org” kimi media resursları işə salındı. Bu dəfə qəsdən və tamamilə qərəzli şəkildə Prezident İlham Əliyevin ailə üzvlərinə qarşı böhtan və şər atıldı. Maraqlı bir hal.  “Euroasianet.org”-un jurnalisti Coşua Kuçera bu ilin yayında ölkəmizə səfər etsə də və münaqişə ilə bağlı məqalə ilə çıxış etmək niyyətində olduğunu bildirsə də, 4 aydan sonra və məhz Guardian-nın yazısı ilə sinxron qaydada və eyni vaxtda məqalə çıxış edərək, Azərbaycan hökumətinə şər və böhtan atan məqalə ortaya qoydu. O bu məqsədlə, Ağdam və Tərtərdə yaşayan məcburi köçkünlərin adından danışmağa, öz fikrini onların fikri kimi təqdim etməyə belə cəhd göstərmişdir. Bütün bunlar informasiya fonu yaratmağa yönəlmiş addımlar olaraq, “Mehman Hüseynov” tragik-komediyasına repitisiya məqsədi daşıyırdı.

Nəhayət, əsər kuliminasiya nöqtəsinə çatır. Mehman Hüseynova həbsdə aclıq aksiyasına başlamaq barədə tapşırıq gəlir və bu xəbər yayılar-yayılmaz “Washington Post”-da redaksiya yazısı dərc olunur, #freeMehman həştəqi ilə sosial şəbəkələrdə kampaniya başlayır, Avropa Şurası Parlament Assambleyasında olan Soros tərəfdarları açıqlamalarla çıxış edirlər. Avropa Şurasının insan hüquqları üzrə müvəkkili Dünya Myatoviç lüzumsuz fəallığa başlayır. Nəticə etibarilə, süni bir informasiya kampaniyası yaradılır. Kampaniyanı daha da qızışdırmaq və dramatikləşdirmək üçün Mehman Hüseynov ifadə azadlığı naminə ölümə belə hazır olduğunu iddia edir və bu xəbər onun adından Xədicə tərəfindən yayılır.

Dünya Myatoviç

Yalan ayaq tutar amma yeriməz. Penitensiar xidmət və Ombudsman aparatı tərəfindən atılan operativ addımlar və verilən rəsmi məlumatlarda Mehman Hüseynovun qidadan imtina etmədiyi, qida və sovqat qəbul etdiyi bir daha öz təsdiqini tapmış oldu. Bununla da, aylar ərzində qurulan Soros planı və ssenarisi kartlardan qurulmuş ev kimi çökmüş oldu.   

Gürcüstanda və Ermənistanda siyasi sistemin müxtəlif seqmentlərinə ciddi nəzarəti həyata keçirən Soros və onun havadarlarının geniş Xəzər və Qara dəniz hövzələrində çirkin planlarının həyata keçirilməsində ciddi sədd və maneə Azərbaycandır. Daha açıq şəkildə desək Prezident İlham Əliyevin qəti əzmi, iradəsi və Azərbaycan xalqı tərəfindən mütləq şəkildə dəstəklənməsidir.

Azərbaycanda bütün fəaliyyətinin uğursuzluğunu və xərclədiyi pulların səmərəsizliyini görən Soros və onun havadarları yeni yolları, fake kampaniyalara və avantüralara əl atırlar.

Burada Soros dedikdə məqsəd yalnız bir fərdi şişirtmək deyil. Reallıq ondan ibarətdir ki, Soros özü irəliyə atılmış və kənardan idarə olunan fiqurdur. Əks təqdirdə, böyük məbləğlərdə çirkli pulların dövriyyəçisi və siyasi avantüraların təhrikçisi olan bu şəxs barədə çoxdan zəruri tədbirlər görülərdi.

Bu kimi irili-xırdalı təxribatlar olub və olacaq. Azərbaycanın bu kimi təhdidlərə qarşı ən güclü immuniteti xalqın hakimiyyətə etimadı və inamıdır.  Azərbaycan öz müstəqil inkişaf yolu ilə gedir, öz milli maraqları əsasında müstəqil xarici siyasətini həyata keçirir. Bundan sonra da öz yolu ilə gedəcək.

P.Adil

Paylaş:
2430

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər