ADRA ölkəyə xaricdən yeni reklam qurğuları gətirir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

ADRA ölkəyə xaricdən yeni reklam qurğuları gətirir – FOTO

17:53 - 17 / 10 / 2018
ADRA ölkəyə xaricdən yeni reklam qurğuları gətirir – FOTO

Son dövrlər ölkəyə artan turist axınını nəzərə alsaq, Bakının, eləcə də regionların estetik baxımdan daha da gözəlləşməsi mühüm əhəmiyyət kəsb edir. Bunu, eləcə də digər amilləri nəzərə alaraq, ölkə üzrə istifadəyə yararsız reklam qurğularının yenilənməsi zərurəti yaranıb. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) beynəlxalq təcrübəni nəzərdən keçirərək, dünyanın qabaqcıl ölkələrində istifadə olunan reklam konstruksiyalarının ölkəyə gətirilməsinə qərar verib.

ADRA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildirilib ki, indiyədək bu işi görməli olan reklam operatorları mövcud sahədə kifayət qədər iş görməyiblər. Nəticədə istifadədə olan bəzi reklam qurğuları yol hərəkəti iştirakçılarına maneçilik yaratmaq, təhlükəsizlik tələblərinə cavab verməməklə yanaşı, şəhərin estetik görünüşünə də xələl gətirib. Bu səbəbdən reklam sahəsinə aid beynəlxalq sərgilərdə iştirak edən ADRA əməkdaşlarının rəyi əsasında innovativ texnologiyalı daşıyıcıların Azərbaycana gətirilməsi qərara alınıb. Yeni reklam daşıyıcıları Bakının görkəmini gözəlləşdirməklə yanaşı, reklam ekosisteminin inkişafına da təkan verəcək. Görünüşcə daha

cəlbedici olan yeni qurğular sifariş olunarkən paytaxtın, eləcə də bölgələrin iqlimi nəzərə alınıb. Belə ki, yeni reklam konstruksiyaları küləkli havaya dözümlü olmaqla yanaşı, onların led ekranları və şüşələri də istənilən iqlim şəraitinə davamlıdır. Hazırda Bakıda 1000-dən çox ayrıca dayaqlı reklam daşıyıcısı var və onların mərhələli şəkildə yenilənməsi nəzərdə tutulur. Bu proses davam etdiriləcək, paytaxtla yanaşı ölkənin bütün şəhər və regionları da müasir standartlara cavab verən reklam qurğuları ilə təchiz olunacaq. Ekspertlər hesab edirlər ki, Azərbaycanın əksər ərazilərində yerləşdiriləcək yeni konstruksiyalar açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarlar üçün daha cəlbedici olacaq və bu sahədə çalışan operatorlar arasında azad rəqabəti artıracaq.

1news.az

Paylaş:
435

Son xəbərlər

Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16
Bütün xəbərlər