Aİ-Azərbaycan danışıqlarının DƏQİQ tarixi açıqlanıb
Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqların növbəti mərhələsi dekabrın 4-6-da keçiriləcək.
Bu barədə 1news.az-a Aİ-nin Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskak məlumat verib.
Onun sözlərinə görə, danışıqlar Bakıda keçiriləcək.
Xatırladaq ki, yeni saziş üzrə sonuncu müzakirələr bu il 2-3 oktyabr tarixlərində Brüsseldə baş tutub. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev rəhbərlik edib.
P.Sultanova
643