YAP İlham Əliyevin namizədliyinin qeydə alınması üçün seçici imzalarını MSK-ya təqdim etdi | 1news.az | Xəbərlər
Siyasət

YAP İlham Əliyevin namizədliyinin qeydə alınması üçün seçici imzalarını MSK-ya təqdim etdi

11:35 - 23 / 02 / 2018
YAP İlham Əliyevin namizədliyinin qeydə alınması üçün seçici imzalarını MSK-ya təqdim etdi

Yeni Azərbaycan Partiyası (YAP) İlham Heydər oğlu Əliyevin Azərbaycan prezidentliyinə namizədliyinin qeydə alınması üçün toplanmış seçici imzalarını Azərbaycan Seçki Məcəlləsinin tələblərinə və Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən qəbul edilmiş təlimata müvafiq olaraq, tələb edilən sənədlərlə birlikdə MSK-ya təqdim edib.

Bu barədə 1news.az  hakim partiyanın saytına istinadən məlumat verir.

Qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza olmaq şərtilə toplanmalıdır. Yeni Azərbaycan Partiyası İlham Heydər oğlu Əliyevin Azərbaycan prezidentliyinə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib və kampaniyanı uğurla başa çatdırıb.

Xatırladaq ki, YAP-ın 2018-ci il fevralın 8-də VI Qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib.

1news.az

 

Paylaş:
489

Son xəbərlər

Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir - FOTO - VİDEO22 / 04 / 2024, 16:10Kəndlərin qaytarılmasına etiraz edən erməni silahlılar saxlanıldı - FOTO22 / 04 / 2024, 15:58Ağdərədə xeyli silah-sursat aşkarlandı22 / 04 / 2024, 15:44
Bütün xəbərlər