“ASAN xidmət”in dəstəyilə Azərbaycan Beynəlxalq Bankı və “ASAN Radio” “100 illik tarix” layihəsini təqdim edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“ASAN xidmət”in dəstəyilə Azərbaycan Beynəlxalq Bankı və “ASAN Radio” “100 illik tarix” layihəsini təqdim edib

12:15 - 01 / 05 / 2018
“ASAN xidmət”in dəstəyilə Azərbaycan Beynəlxalq Bankı və “ASAN Radio” “100 illik tarix” layihəsini təqdim edib

“ASAN xidmət”in dəstəyi, Azərbaycan Beynəlxalq Bankının “ASAN Radio” ilə birgə tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümünə həsr olunmuş media layihəsinə start verilib. 1 may 2018-ci il tarixində keçirilən mətbuat konfransında “100 illik tarix” adlı layihə jurnalistlərə təqdim olunub.

Uzunmüddətli layihə çərçivəsində bankın dəstəyi ilə AXC-nin fəaliyyətinə dair silsilə audio-video materiallar hazırlanacaq. Bu materiallar “ASAN Radio”nun efirində, Azərbaycan Beynəlxalq Bankının və “ASAN xidmət”in müxtəlif sosial şəbəkələrdəki kommunikasiya kanallarında izləyicilərə təqdim olunacaq. Bu materiallarda AXC-nin 23 aylıq fəaliyyətinin ayrı-ayrı məqamları üzə çıxarılacaq. Layihə müxtəlif arxivlərdə, muzeylərdə qorunan, geniş auditoriyanın isə məlumatsız olduğu bir sıra maraqlı faktlara işıq salacaq. Sənədli materialların, Cümhuriyyət qurumlarının fəaliyyət göstərdiyi tarixi binaların, muzey eksponatlarının və s. bələdçiliyi ilə bu materiallar izləyiciləri 100 il əvvəlki tarixi günlərə səyahətə aparacaq. Materialların hazırlanması prosesində ölkəmizin radio dinləyicilərinə yaxşı tanış olan  Rahib Azəri də ekspert kimi iştirak edəcək.

Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib ki, belə bir layihənin reallaşdırılmasında məqsəd Cümhuriyyət dəyərlərimizin təbliğidir: “Bu il ölkəmizdə “Cümhuriyyət” ili elan olunub. Azərbaycanın istiqlaliyyətinin 100-cü ildönümü münasibətilə həyata keçirilən silsilə tədbirlərə biz də belə bir layihə ilə öz töhfəmizi vermək istədik. İnanırıq ki, layihə çərçivəsində təqdim olunan audio-video materiallar böyük maraq yaradacaq”.

“ASAN Radio”nun direktoru Emin Musavi deyib: “Dövlət xidmətləri sahəsində ixtisaslaşmış ilk və yeganə radio - “ASAN Radio”nun fəaliyyətində maarifləndirmə xətti xüsusi yer tutur. Dövlət başçısının sərəncamından irəli gələrək, bu layihə də dinləyicilərimizin Cümhuriyyət tarixi ilə bağlı maariflənməsində, dəyərlərimizin təbliğində mühüm rol oynayacaq”.

Layihənin eksperti Rahib Azəri isə Cümhuriyyət tarixinin zəngin bir mənbə olduğunu söyləyib: “Bu zənginliyə televiziya verilişləri hazırlayarkən özüm dəfələrlə şahid olmuşam. Hansısa bir faktın izi ilə irəlilədikcə, qarşında yeni tarixi həqiqətlər açılır. Bunların hələ çox az bir qismini öyrənə bilmişik. Maraqlı və faydalı bir layihənin alınmasından ötrü bütün imkanlarımızı ortaya qoyacağıq”. 

Azərbaycan Beynəlxalq Bankının “ASAN Radio” ilə digər bir müştərək layihəsi də mətbuat konfransında jurnalistlərə təqdim edilib. Bu, 4 may tarixindən etibarən hər cümə saat 19.05-də “ASAN Radio”da efirə gedəcək maarifləndirici proqramdır. Bu proqramda Azərbaycan Beynəlxalq Bankı mütəxəssislərinin iştirakı ilə maarifləndirici müzakirələr aparılacaq. Maliyyə-bank mövzusunda müxtəlif suallar cavablandırılacaq. Cəmiyyətdə maliyyə savadlılığının yüksəlməsinə dəstək veriləcək. Proqramı tanınmış iqtisadçı-jurnalist Əli Əhmədov aparacaq. 

Reklam hüququnda

 

Paylaş:
1040

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər