ATƏT sədri: Minsk qrupunu dəstəkləməyə davam edəcəyik
İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün ATƏT-in Minsk qrupunun işini dəstəkləməyə davam edəcək.
1news.az xəbər verir ki, bunu ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfano yanvarın 11-də Vyana şəhərində keçirilən ATƏT-in Daimi Şurasında deyib.
ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb ki, bütün həll olunmamış münaqişələrə diqqətimiz yüksək və dəyişməz olaraq qalacaq: "İtaliya 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur ki, bu, əsas prinsiplərdən biridir".
1news.az
779