“Avropa Parlamentində” Öcalan kimə lazımdır? | 1news.az | Xəbərlər
Köşə

“Avropa Parlamentində” Öcalan kimə lazımdır?

11:55 - 14 / 07 / 2016
“Avropa Parlamentində” Öcalan kimə lazımdır?

Türkiyədə ömürlük həbs cəzası çəkən Abdulla Öcalanın Avropa Parlamentində təşkil olunmuş sərgidəki şəkillərə - PKK liderinin kultunun yayılmasına və onu “əziyyət çəkən məsum” və “müqavimətin simvolu” qismində göstərilməsinə cəhddir.

1news.az-ın verdiyi məlumata əsasən, Türkiyə üzrə azərbaycanlı mütəxəssis Ceyhun Ələkbər bu fikirdədir.

“Brüsselin rəsmi mövqeyinə baxmayaraq, bir çox Avropa ölkəsi və təşkilatları açıq şəkildə Türkiyənin cənub-şərqindəki terrorçulara simpatiya bəsləyir, onları “üsyançılar” və “müstəqillik uğrunda silahlı mübarizə aparan partizan” adlandırır.

Vaxtı ilə PKK-nı açıq şəkildə Kipr, Yunanıstan, İtaliya və Fransa kimi dəstəkləyirdi və bundan əlavə, Ocalanı, hətta, məsələyə ABŞ qarışanadək, İtaliyaya isə,  demək olar ki, müharibə elan edilənədək, Yunanıstanın Keniyadakı səfirliyində gizlədirdilər”, - deyə, C.Ələkbər əlavə edib.

Avropa Parlamentindəki sərgidə həmçinin Türkiyədə PKK-nın Suriya qolu kimi tanınan “Demokratik Birlik” partiyasının (PYD) döyüşçülərinin şəkilləri təsvir olunub.

Mütəxəssinin fikirnə görə, bununla Avropa PKK-nın separatçı fəaliyyətinin qanuniləşdirilməsinə doğru daha bir addım atıb.

“Avropalı siyasətçilər, Avropanın PKK-nın, hal-hazırda PYD kimi, terrorçu təşkilat kimi qəbul etməkdən imtina edəcəyi günün o qədər də uzaq olmadığı barədə Türkiyəyə təhdid edərək, bunu ölkəyə qarşı təzyiq göstərməyə yönəlmiş bir vasitə kimi istifadə etmək istəyirlər. Bu addımların əsas məqsədi – Türkiyə xalqının döyüş ruhunu sındırmaq və ölkənin terrorçu kürd elementləri ilə mübarizəsini başqa müstəviyə keçirməkdir”, - deyə C.Ələkbər qeyd edib.

Mütəxəssis hal-hazırda Ankaranın sərt iradə göstərməsi, xarici təzyiqlərə uymaması və terrorla mübarizəni uğurlu sona çatdırması, başqa sözlərlə ölkədə onun yerli-dibli yox olmasının təmin etməsinin vacib olduğunu vurğulayıb.

1news.az

Paylaş:
3494

Sizin üçün xəbərlər

Son xəbərlər

Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:53
Bütün xəbərlər