Azər Badamov: Prezidentin sərəncamı Azərbaycan elminin inkişafına öz təsirini göstərəcək | 1news.az | Xəbərlər
Siyasət

Azər Badamov: Prezidentin sərəncamı Azərbaycan elminin inkişafına öz təsirini göstərəcək

13:06 - 15 / 02 / 2019
Azər Badamov: Prezidentin sərəncamı Azərbaycan elminin inkişafına öz təsirini göstərəcək

Azərbaycan Prezidentinin ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında imzaladığı sərəncam  vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edən növbəti bir addımdır.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman Komitəsinin üzvü Azər Badamov deyib.

O xatırladıb ki, son aylar cənab Prezident insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm sərəncamlar imzalayıb:

“Şəhid ailərlərinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi, şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün 242 manatdan 300 manata qaldırılması, pensiyaların baza hissəsinin artırılması, dövlət başçısının zəlzələdən dərhal sonra Şamaxıya səfər edib, təbii fəlkətdən əziyyət çəkmiş insanlarla şəxsən görüşməsi, onlrın yanında olması, vəziyyətlə maraqlanması, indi də

Tələbələrin, o cümlədən magistr və doktorantların təqaüdlərin artırılması barədə imzaladığı sərəncamlar vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Xüsusilə tələbələrin, bakalavr, magistratura, doktorantura pilləsində, orta ixtisas və peşə təhsili müəssisələrində oxuyan tələbələrin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət dəstəyinin artırılmasına xüsusi ehtiyac var idi. Ölkə rəhbərinin sərəncamları bir daha onu deməyə əsas verir ki, hər bir vətəndaş cənab Prezidentin diqqət mərkəzindədir. Hər bir vətəndaşın rifahı ölkə başçısını düşündürür”.

Millət vəkili hesab edir ki, bu sərəncamlar gənclərimizə dövlət qayğısının növbəti təzahürü olmaqla yanaşı, həm də təhsilin səviyyəsini yüksəldəcək. Eyni zamanda ali, orta ixtisas, həm də peşə məktəblərində təhsil alan tələblərin gələcək təqaüdlərinin bilik səviyyələrinə uyğun olaraq fərdi şəkildə ödənilməsi nəzərdə tutulub ki, bu da tələbələr arasında yeni bir rəqabət mühüti yaradacaq.

“Yəni, 91-100 bal arası, yaxud  80-90 bal arası aylıq təqaüdlərin müəyyən edilməsi tələbələr arasında yeni rəqabət mühüti formalaşdıracaq ki, onlar çalışacaqlar ki, daha da yaxşı oxusunlar və daha da yüksək təqaüd alsınlar.  Bu həm də onların yaxşı bir mütəxəsis kimi yetişmələrinə həvəs yaradacaq,  doktorantura, magistratura pilləsində təhsil alanların, elmin yüksək kateqoriylarına yiyələnənlərin sayını artıracaq .

Təbii ki, elmi yüksək dərəcədə inkişaf edən ölkə dünya praktikasında inkişaf edən ölkə hesab olunur.  Bu sərəncam da Azərbaycan elminin inkişafına öz təsirini göstərəcək. Onu da qeyd etmək lazımdır ki, təhsil alanların əksəriyyətini  gənclər təşkil edir. Bu bir daha gənclərə ölkə başçısının diqqət və qayğısının bariz nümunəsidir. Çünki bugünkü gənc nəsl ölkəmizin sabahkı gələcəyidir. Nə qədər savadlı, ziyalı, saf düşüncəli, vətənpərvər gənc nəsil yetişdirə bilsək, dövlətimizin gələcəyi də o qədər möhkəm olar. Qeyd olunan sərəncamlar da məhz ölkəmizin gələcəyini etibar edə biləcəyimiz saf gənc mütəxəssis nəslin yetişməsinə öz töhfəsini verəcəkdir”, - deyə deputat vurğulayıb.

P.S.

Paylaş:
1004

Son xəbərlər

ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23
Bütün xəbərlər