Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub

15:05 - 24 / 06 / 2019
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun iyunun 24-də Monteneqronun Baş naziri Duşko Markoviç ilə görüşü olub.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, əvvəlcə Azərbaycanın və Monteneqronun Baş nazirlərinin təkbətək görüşü keçirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.

Baş Nazir Novruz Məmmədov Azərbaycan-Monteneqro dostluq əlaqələrindən danışaraq ölkələrimiz arasında çox yaxşı münasibətlərin qurulduğunu vurğulayıb. “Azərbaycan hər zaman Monteneqro ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Hesab edirəm ki, münasibətlərimizin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi rolu var. Əlbəttə, bu səfərlərin, aparılan danışıqların nəticəsidir ki, bu gün ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən qarşılıqlı investisiyaların qoyuluşu sahəsində səmərəli əməkdaşlıq mövcuddur. Biz gələcəkdə bu əlaqələri daha da genişləndirməliyik. Sizin səfəriniz də bu münasibətlərin inkişafına öz müsbət töhfəsini verəcək”, - deyə Novruz Məmmədov vurğulayıb.

Azərbaycanın Dağlıq Qarabağ regionunun və onun ətrafında yerləşən 7 rayonun uzun illərdir erməni işğalı altında olduğunu bildirən Novruz Məmmədov qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Ölkəmizə səfərindən məmnunluğunu bildirən Baş Nazir Duşko Markoviç Azərbaycan ilə Monteneqro arasında çox yaxşı münasibətlərin mövcud olduğunu vurğulayıb. “Monteneqro kiçik ölkədir. Bizim bir çox ölkələrlə dostluq əlaqələrimiz var. Bu münasibətlərin bəziləri, o cümlədən Azərbaycan ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır”,- deyə Duşko Markoviç vurğulayıb.

Görüşdə enerji, turizm, tikinti, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

S.Xankişiyeva

Paylaş:
597

Son xəbərlər

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50
Bütün xəbərlər