AzTA İlham Əliyevin Azərbaycanda turizmin inkişafı ilə bağlı qarşıya qoyduğu öhdəliklərə nail olacaq | 1news.az | Xəbərlər
İqtisadiyyat

AzTA İlham Əliyevin Azərbaycanda turizmin inkişafı ilə bağlı qarşıya qoyduğu öhdəliklərə nail olacaq

12:56 - 20 / 04 / 2018
AzTA İlham Əliyevin Azərbaycanda turizmin inkişafı ilə bağlı qarşıya qoyduğu öhdəliklərə nail olacaq

Prezident İlham Əliyevin inaqurasiya nitqini diqqətlə dinlədk və ölkə başçısı tərəfindən Azərbaycanda turizmin inkişafı ilə bağlı qarşıya qoyulmuş öhdəliklərə nail olacağıq.

Bunu Azərbaycan Turizmin Assosiasiyasının (AzTA) rəhbəri Nahid Bağırov bildirib.

Aprelin 18-də Milli Məclisdə çıxış edən Prezindent İlham Əliyev qeyd edib:

“2004-cü ildə Azərbaycana xaricdən bir milyon qonaq gəlmişdirsə, bu il gələcək qonaqların sayı üç milyona çatacaqr. Biz ölkəmizi dünyada tanıtdıra bilmişik. Beynəlxalq tədbirlərin keçirilməsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, siyasi, humanitar tədbirlər Azərbaycanı dünyaya təqdim etdi.

Bununla paralel olaraq, xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, təhlükəsizlik, gözəl infrastruktur, şərait, tarixi abidələrimiz Azərbaycanı sürətlə inkişaf edən böyük turizm mərkəzinə çevirir. Əlbəttə, bu, ölkəmizə valyuta gətirir, bu, ölkəmizi daha da gücləndirir və bu sahədə minlərlə iş yeri yaradılır və yaradılacaqdır”.

N.Bağırovun fikrincə, 3 milyon turistin ölkəyə gəlməsinə nail olmaq əlçatandır:

“2018-ci ilin ilk rübü ərzində Azərbaycana gəlmiş turistlərin sayı 627.913 nəfərə çatıb. Bunlardan 275.761 nəfəri martda gəlib. (ötən ilin analoji dövründə bu, 557.628 nəfər qeyd edilib).

Turistlərin 171.814 nəfəri Rusiyadan, 138.909 nəfəri Gürcüstandan, 99.158 İrandan, 72.733 nəfəri Türkiyədən, 29.317 nəfəri isə Birləşmiş Ərəb Əmirliklərindən gəlib.

Daha çox turist axını yayda gözlənilir. Belə ki, Bəhreyn, Oman, Pakistan və Səudiyyə Ərəbistanının 5 şəhərindən reyslər açılır. Həmçinin İsrail və Rusiyadan da reyslərin sayı artırılır. Düşünürəm ki, 2018-ci ildə turist axını 3 milyona çatdırılacaq”.

Azərbaycanı cəlbedici turizm istiqaməti kimi məşhurlaşması ilə bağlı N.Bağırov bildirib ki, AzTA və bir çox turizm agentikləri dünyanın vacib sərgilərində çıxış edərək ölkəyə marağı daha da artırır:

“Hazırda (18-19 apreldə) Almatada keçirilən tuzizm sərgisində iştirak etmişik. Daha sonra isə Dubaya, mayda isə Şanxaya gedəcəyik. Aprelin əvvəlində Pekində, martda isə Moskvada sərgidə olmuşuq. Düşünürəm ki, ölkə hüdudlarında kənarda Azərbaycanın turizm potensialı ilə bağlı təbliğatı daha da artırmalıyıq. Rəqabətə hazır olmalıyıq, eləcə də qələbə əldə etmək üçün düşünülmüş addımlar atılmalıdır”.

AzTA rəhbəri Azərbaycanda turizmin inkişafı ilə bağlı tədbirlərdən biri kimi otel sayının artırlmasını xüsusi qeyd edib:

“Turizm axını artır, lakin Azərbaycanda (müxtəlif kateqoriyalı) otellərdə çatışmazıq var. Yerli və əcnəbi investorlarla danışıqlar aparırıq. Düşünürəm ki, bu sahədə stimulun daha da artırılması üçün müəyyəm dövlət subsidiyaları, güzəştli kreditlər (Türkiyə və Gürcüstan təcrübəsi) verilməlidir. Bu məsələ müzakirələr üçün aktualdır”.

AzTA rəhbəri iqtisadiyyatın bu sahəsinin tənzimlənməsi üçün yaxın zamanlarda “Turizm haqqında” qanunun qəbul edilməsinə ümidini ifadə edib.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
917

Son xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53
Bütün xəbərlər