Bakı Konqress Mərkəzində “Enactus 2019” Milli Yarışı keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Konqress Mərkəzində “Enactus 2019” Milli Yarışı keçirilib – FOTO

10:09 - 27 / 05 / 2019
Bakı Konqress Mərkəzində “Enactus 2019” Milli Yarışı keçirilib – FOTO

Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə 25 May Bakı Konqress Mərkəzində “Enactus 2019” Milli Yarışının Azərbaycan mərhələsi keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, əsas məqsədi Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunu artırmaq, gənclərin sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, azad sahibkarlıq ideyasını tələbələr arasında təbliğ etməkdən ibarət olan Enactus Proqramının yarış prosesində ilk öncə münsiflər heyəti üçün məlumatlandırıcı sessiya, daha sonra isə Enactus Milli Yarışının açılış mərasimi baş tutub.

Açılış sözü Enactus Azərbaycan İdarə Heyətinin sədri, Azərbaycan Gənclər Fondunun İcraçı Direktoru Fərid Cəfərova verilib. O, Enactus proqramının ehtiyacı olan şəxslərin həyat keyfiyyətinin və səviyyəsinin yaxşılaşdırılması, həmçinin, tələbələrin təşkilatçılıq və idarəçilik qabliyyətlərinin inkişaf etdirilməsində rolunun əvəzsiz olduğunu vurğulayıb. Bununla yanaşı o, xaricdə təhsilin Gənclər Fondu tərəfindən maliyyələşmə yardımından söz açaraq ölkə rəhbərinin gənclərə olan qayğısını xüsusi qeyd edib. Fərid Cəfərov öz  növbəsində, iştirakçı komandalara uğurlar arzulayıb.

Açılışda, həmçinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev bütün Enactus iştirakçılarını salamlayaraq gərgin mübarizədə uğurlar arzu edib. O, gənclərin bu kimi layihələrdə göstərdiyi uğurlu fəaliyyəti yüksək qiymətləndirdiyini bildirib. İntiqam Babayev, həmçinin, gənclərin savadlı və sağlam təfəkkürdə olması üçün bu kimi layihələrin əhəmiyyətindən danışıb.

Daha sonra Enactus Avrasiya regionu üzrə direktor Yusuf Məcidov Enactusun mahiyyəti, cəmiyyətə, iqtisadiyyata verdiyi faydadan danışıb.

Enactus Azərbaycan nümayəndəliyinin rəhbəri, ATGTİ-nin sədri Faiq Məmmədov da çıxışında bütün iştirakçılara uğurlar arzulayaraq ATGTİ-nin daima bu kimi layihələrin reallaşmasında təşkilatçılıq etməyə hazır olduğunu vurğulayıb. O, milli yarışda iştirak edən 13 universitet komandasının hər birinin xüsusi bacarıqlara və maraqlı ideyalara malik olduğunu bildirib.

Daha sonra yarışa start verilib. Yarış “Püşkatma mərasimi”, “Liqa yarışlarının birinci hissəsi”, “Liqa yarışlarının ikinci hissəsi”, “Final mərhələsi”, “Bağlanış və mükafatlandırma mərasimi” olmaqla 5 hissədən ibarət olub. Yarışmaçı qismində çıxış edən 13 Ali ixtisas təhsil müəssisəsinin Enactus komandası hazırladıqları layihələri münsüflər heyətinə təqdim ediblər. Münsüflər heyyəti qismində ölkənin bir sıra böyük şirkət və qurumlarından olan nümayəndələr, həmçinin, Kiçik və Orta Biznesin  İnkişafı Agentliyinin  sədr müavini  Nadir Adilov təmsil olunub. Ümumilikdə 23 nəfər münsüf qiymətləndirmədə iştirak etmişdir.

Münsüflər heyyətinin ümumi rəyinə əsasən, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qalibləri elan edərək mükafatlandırmışdır.

Beləliklə, Azərbaycan Dövlət İdarəçilik Akademiyasının komandası 1-ci yerə, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) komandası 2-ci yerə, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin komandası isə 3-cü yerə layiq görülüb.

Məlumat üçün bildirək ki, I yerə layiq görülməklə milli yarışın qalibi olan universitet komandası Azərbaycanı beynəlxalq səviyyədə Amerikanın Klaiforniya ştatının San-Xose şəhərində keçiriləcək Dünya Kuboku üzrə təmsil etmə hüququ qazanıb.

S.Xankişiyeva

Paylaş:
851

Son xəbərlər

Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14
Bütün xəbərlər