Bakıda Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü olub - YENİLƏNİB | 1news.az | Xəbərlər
Siyasət

Bakıda Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü olub - YENİLƏNİB

17:16 - 18 / 07 / 2018
Bakıda Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü olub - YENİLƏNİB

Xarici işlər naziri Elmar Məmmədyarov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Enzo Moavero Milanesi ilə görüşüb.

1news.az XİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, görüş əsnasında nazirlər Italiya prezidenti Sercio Mattarellanın Azərbaycana həyata keçirilən rəsmi səfərini iki ölkə arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndirdilər.

Nazir Elmar Məmmədyarov İtaliya prezidentinin ölkəmizə ilk səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşün və apardığı müzakirələrin siyasi, iqtisadi-ticarət, enerji, mədəniyyət, elm-təhsil və digər sahələrdə əməkdaşlığın təşviqi üçün mühüm təkan verəcəyini qeyd etdi.

Nazir Elmar Məmmədyarov İtaliyanın bu il ATƏT-in fəaliyyətdə olan sədri funksiyasını həyata keçirdiyini nəzərə alaraq, İtaliyanın Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə gedən danışıqlar prosesinə diqqət yetirməsinin əhəmiyyətinə toxundu. Nazir E.Məmmədyarov bütün beynəlxalq ictimaiyyətin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini və münaqişənin bu prinsiplər əsasında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli olduğunu bildirdi.

İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu xatırladan nazir E.Məmmədyarov Cənub Qaz Dəhlizinin işə düşməsinin əlaqələrin daha da inkişafına xidmət edəcəyinə əminliyini ifadə etdi.

Enzo Moavero Milanesi ölkəmizə səfərindən məmnunluğunu bildirdi. İkitərəfli əlaqələrlə barabər İtaliyanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsini dəstəklədiyini dedi.

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

1news.az

Bakıda xarici işlər naziri Elmar Məmmədyarov və İtaliyanın xarici işlər naziri Enzo Moavero Milanesi arasında görüş keçirilir.

1news.az xəbər verir ki,  görüşdə Azərbaycanla İtaliya arasında enerji, sənaye, nəqliyyat sahələrində sıx əməkdaşlığın vacibliyi qeyd edilib.

Qeyd edək ki, Milanesi Bakıya İtaliya prezidenti Serco Mattarellanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində gəlib.

1news.az

Paylaş:
336

Son xəbərlər

Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58
Bütün xəbərlər