Bakirəliyini satışa çıxaran azərbaycanlı model: “Hərracda “satış” davam edir...” | 1news.az | Xəbərlər
Mədəniyyət

Bakirəliyini satışa çıxaran azərbaycanlı model: “Hərracda “satış” davam edir...”

15:53 - 11 / 10 / 2018
Bakirəliyini satışa çıxaran azərbaycanlı model: “Hərracda “satış” davam edir...”

Məşhur eskort saytlarının birində bakirəliyini satışa çıxarması xəbəri ilə mətbuatın gündəmini alt-üst edən azərbaycanlı model Məhbubə Məmmədzadə A24.Az-a maraqlı müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik:

– Məhbubə xanım, necə oldu ki, model olmağa qərar verdiniz?

– Balacalıqdan model olmaq istəyirdim. Bu, xaricdə- ərəb ölkəsində yaşadığım üçün alınmırdı. Sonra Azərbaycana gəlib, universitetə daxil oldum. Burada model agentliklərindən birinə müraciət etdim və məndə alındı. Mən peşəkar modeləm. Heç bir gözəllik müsabiqəsində iştirak etməmişəm.

– Sizcə, modellik Azərbaycanda hansı səviyyədə inkişaf edib?

– Azərbaycanda modellərin vəziyyəti bütün dünyadan kənardı. Modelə oxşamayanlar özünü model adlandırır. 1.60 boyu var, özünə model deyir. Azərbaycanda dünya səviyyəsində model agentlikləri yoxdur. Onlar ölkədən kənarda heç bir fəaliyyət göstərə bilmirlər. Bakının öz aləmi üçün model agentlikləri var. Xaricdə hər şey tamam başqa cürdür.

– Hazırda Azərbaycanda yaşayırsınız, yoxsa sadəcə gəzməyə gəlmisiniz?

– Azərbaycanda yaşayıram. Sadəcə, işimlə əlaqədar, müqavilələrim olduğu üçün çox vaxt səfərlərdə oluram. Mən heç bir ölkədə qala bilmirəm.

– Son günlər mətbuatın gündəmini zəbt edən xəbər- bakirəliyinizi satışa çıxarmağınızla bağlı nə deyə bilərsiniz?

– Bu, mənim fikirimdə çoxdan var idi. Yanvardan buna qərar verdim. Bizim media sadəcə, yeni xəbər tutub.

– Buna görə sizi qınayanlar oldumu?

– Olsa da, olmasa da mənə fərqi yoxdur. Öz həyatımdır, özüm bilərəm. Heç kimin həyatına qarışmıram, heç kim də mənim həyatıma qarışmasın. Hərracda “satış” davam edir. Təklifləri mən almıram. Təkliflər gəlir. Bununla maraqlanan insanlar təklifləri alır. Hərrac bitməyib. Bu, 5 günlük bir iş deyil. Ən yüksək qiymətlə razılaşsam, baş verəcək, razılaşmasam yox.

1news.az

Paylaş:
11789

Son xəbərlər

Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02
Bütün xəbərlər