Boris Yeltsinin keçmiş mətbuat katibi: Heydər Əliyev əsl siyasətçi nümunəsidir – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Boris Yeltsinin keçmiş mətbuat katibi: Heydər Əliyev əsl siyasətçi nümunəsidir – VİDEO

11:09 - 11 / 12 / 2018
Boris Yeltsinin keçmiş mətbuat katibi: Heydər Əliyev əsl siyasətçi nümunəsidir – VİDEO

“Moskva-Bakı” portalı dünya səviyyəli siyasətçi, ümummilli lider Heydər Əliyevə həsr olunan silsilə müsahibələr dərc edir.

1news.az-ın məlumatına görə, Rusiyanın birinci prezidenti Boris Yeltsinin mətbuat katibi olmuş Sergey Medvedev Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək, onun insanlara olan səmimi marağından və jurnalistlərlə ünsiyyət qurmaq bacarığından danışıb.

Heydər Əliyevin milli elitanın tərbiyəsini almış unikal bir şəxs olduğunu deyən S.Medvedev SSRİ-nin sonuncu rəhbəri Mixail Qorbaçovun ona qarşı xəyanətindən də söz açıb.

“Heydər Əliyevin tərcümeyi-halunu yaxşı bilirəm. O, Azərbaycanda qalmaq istəsə də, buna icazə verilmədi və Moskvaya getdi. O, bütün siyasi tendensiyalara və Kreml həyatının incəliklərinə yaxşı bələd idi. 1985-ci ildə o, Qorbaçovun ölkənin lideri seçilməsini dəstəkləsə də, Qorbaçov onun bu yaxşılığını özünəməxsus şəkildə qiymətləndirdi.

Bu, mənə yaxşı tanış idi. Çünki o, Yeltsini partiyanın Moskva Şəhər Komitəsinə rəhbərlik etdiyi zaman həkimlərin əli ilə təqaüdə göndərmək istəmişdi. Heydər Əliyevlə də bu cür rəftar etmək istəyirdilər - onu fiziki və siyasi cəhətdən əlil olduğuna, gördüyü böyük işlərlə məşğul ola bilməyəcəyinə inandırmağa çalışırdılar. Heydər Əliyev ümumilikdə həyatında bir çox siyasi xəyanətlə üzləşib”.

Heydər Əliyevin jurnalistlərlə arasında hər hansı bir baryer qurmadığını deyən S.Medvedev onun mətbuat nümayəndələri ilə səmimi olduğunu xüsusi vurğulayıb.

Keçmiş mətbuat katibi Heydər Əliyevin sadə insanlarla ünsiyyət qurmasından da danışıb:

“Heydər Əliyev tez-tez sadə insanlarla görüşüb onlarla söhbət edərdi. Ən əsası da o, bunu görüntü üçün deyil, ürəkdən edirdi. Çünki bir çox rəhbər şəxsdən fərqli olaraq Heydər Əliyev insanlarla ünsiyyət qurmağı, danışmağı çox sevirdi”.

Sergey Medvedevin geniş müsahibəsini təqdim edirik:

1news.az

Paylaş:
673

Son xəbərlər

Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04Sevinc Fətəliyeva: Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir18 / 04 / 2024, 21:30Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32
Bütün xəbərlər