Deputat:  Fransa şirkətləri Bakıda bağlı qapılarla rastlaşanda, Makronu və ətrafını ağıla gətirərlər | 1news.az | Xəbərlər
Siyasət

Deputat:  Fransa şirkətləri Bakıda bağlı qapılarla rastlaşanda, Makronu və ətrafını ağıla gətirərlər

14:37 - 16 / 11 / 2018
Deputat:  Fransa şirkətləri Bakıda bağlı qapılarla rastlaşanda, Makronu və ətrafını ağıla gətirərlər

“Fransa ATƏT-in Minsk qrupuna həmsədr dövlət kimi təklif olunanda rəsmi Bakı açıq şəkildə buna qarşı çıxmışdı”.

Bu barədə 1news.az millət vəkili, politoloq Rasim Musabəyov Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın Fransaya səfəri, eyni zamanda separatçı rejimlə əlaqəli atdığı digər qanunsuz addımları şərh edərkən bildirib.

O xatırladıb ki,  mərhum prezident Heydər Əliyev konkret olaraq həmin təkilfə yox demişdi:

“Bunun səbəbini isə belə əsaslandırmışdır ki, Fransada 500 mindən çox erməni yaşayır və Qarabağ məsələsində açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirir. Sonra kompromis kimi ABŞ-ı da bu həmsədrliyə daxil etdilər. Yəni Fransanın ermənipərəst mövqeyi bizə əvvəldən bəlli idi və bu, bizim üçün yenilik deyil.

O dövrdə prezident olan Jak Şirak Azərbaycana vəd vermişdir ki, Fransada ermənilərə çox mehriban yanaşılsa da, beynəlxalq hüquq, ədalət var və Qarabağ məsələsində tərəfsiz olacağlar. Bəli, vədlər verilmişdi”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan Fransa ilə müxtəlif sahələrdə əməkdaşlıq edir və indiyə kimi xeyli işlər görülüb:

“Bir sıra Fransa şirkətlərini Azərbaycana dəvət etdik, onlara işləmək üçün imkanlar yaratdıq. Həmin şirkətlər burdan xeyli pul qazanıblar. Eyni zamanda Heydər Əliyev Fondunun xətti ilə orda bir sıra humanitar layihələr həyata keçirib. Bakıda Fransa-Azərbaycan Univeriteti, liseyi açılıb. Bunlar müəyyən mənada Fransanın bu məsələlərdə birtərəf mövqeyindən uzaqlaşmasına yönələn hərəkətlər idi.  Biz Fransa ilə prioritet münasibətlər inkişaf etdirirdik. Ancaq təəssüf olsun ki, Emmanuel Makron prezident seçildikdən sonra Fransa bu məsələlərdə tərəf kimi çıxış etdi.

Parisin belə səfərlərlə bağlı mövqeyi bundan ibarət olur ki, deputatalar, bələdiyyə sədrləri bu cür məsələlərdə sərbəstdirlər və hər hansı müdaxilə imkanları yoxdur. Yalan danışırlar, mən görmürəm ki, bir nəfər Krıma, ya Donbasa, yaxud Abxaziyaya, Osetiyaya ayaq bassın. Deməli, istədikləri halda bunun qarşısını alırlar. Azərbaycan yanaşmada isə görünən budur ki, hər hansı tədbir görmürlər.

Təbii ki Azərbaycan buna göz yuması deyil. İndi sabah Fransa şirkətləri, hansılar ki, burda böyük müəssisələr tikib, pul qazanıblar, Bakıda bağlı qapılarla rastlaşanda, gedib Makronu və onun ətrafını ağıla gətirərlər. Həmin şirkətlər Balaxanıda tullantıların emalı ilə bağlı böyük zavod tikiblər, metronun inkişafı, dəmiryolları ilə bağlı layihələrdə işləyiblər, "Airbus" şirkətindən təyyarələr alınıb. O şirkətlərin rəhbərləri qazanc gözləyirlər, amma Bakı deyəndə ki, gedin, sizinlə daha işləmirik, onda siyasətçilərin yaxasından yapışacaqlar”.

R.Musabəyov əlavə edib ki, Fransanın bölgədə qazanc yeri Azərbaycandır, Ermənistan xərc yeridir:

“Sabah Bakı digər həmsədrləri qəbul edib, Fransanın həmsədrini qəbul etməsə, onda başlayacaqlar anlamağa”.

Politoloq hesab edir ki, vəziyyət bu istiqamətdə cərəyan etdiyi halda, rəsmi Bakı belə addımlara gedə bilər: “Mən bu cür münasibəti istisna etmirəm”.

Fransanın həmsədrlikdən geri  çağırılmasına dair səsləndirilən təkliflərə gəlincə, millət vəkili bunu  müşkül, amma mümkün sayır:

“Bu mümkündür, amma gərək onda biz münaqişənin danışıqlar yolu ilə nizamlanmasını bir kənara qoyub, bir il, yaxud daha çox vaxtı  həmsədrin dəyişdirilməsinə sərf edək. Yəni, biz Frasanı həmsədr dövlət kimi  “iqnor” edə bilərik. Dəyişdirmək məsələsi isə xeyli vaxt, zəhmət, əziyyət tələb edir ki, konkret danışıqları kölgədə qoymasın. Mən heç istisna etmirəm ki, ermənilərin planları içərisində Minsk qrupunun işini iflic etmək üçün elə bu məsələ də var”.

P.Sultanova

 

 

Paylaş:
575

Son xəbərlər

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19“Azercell Telekom” Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir - FOTO - VİDEO22 / 04 / 2024, 16:10Kəndlərin qaytarılmasına etiraz edən erməni silahlılar saxlanıldı - FOTO22 / 04 / 2024, 15:58Ağdərədə xeyli silah-sursat aşkarlandı22 / 04 / 2024, 15:44Şahdağda sulu qar yağır - Faktiki hava22 / 04 / 2024, 15:20
Bütün xəbərlər