Deputat: Yeni baş nazir Novruz Məmmədov olacaq | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Yeni baş nazir Novruz Məmmədov olacaq

11:44 - 21 / 04 / 2018
Deputat: Yeni baş nazir Novruz Məmmədov olacaq

Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədovun namizədliyi bu gün Milli Məclisdə müzakirə ediləcək.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə deputat Zahid Oruc özünün Facebook hesabında yazıb:

“YENİ BAŞ NAZİR

Novruz Məmmədov uzun illər dövlət idarəçiliyində peşəkarlaşan bir insandır.O,90-cı illərin ağır siyasi sınaqları zamanı Ulu öndərin komandasının sədaqətli üzvlərindən biri olub və böhranlı anlarda sabit mövqe nümayiş etdirib.Beynəlxalq məsələlər onun kurasiyasında olduğundan və ölkə rəhbərini xarici səfərlərdə daim müşaiyət etdiyindən dövlət sirlərini bilir,qlobal mənafe savaşlarından baş çıxarır və Birinci şəxsin yürütdüyü siyasətin strateji hədəflərini bütün dünyagörüşünə hopdurmağı bacarıb.

O,heç zaman intriqalarda və ya maraq toqquşmalarında ad çıxarmayıb.Hamı qəbul edir ki,ölkəmiz yeni bir dönəmə daxil olur.Cənab İlham Əliyev yüksək ambisiyalı proqramları qarşıya qoyduğundan ona çevik,reputasiyası təmiz və xalqın iqtisadi-sosial çağırışlarını öz üzərinə götürməyi bacaran bir hökumət lazımdır.Novruz Məmmədov dövlət başçısının hansı hədəflər uğrunda savaşdığını yaxşı anlayır.

Kimin necə qiymətləndirməyindən asılı olmayaraq,tarix subyektivimizmi silib atır və həqiqətləri öz adı ilə çağırır.Zaman ədalətli hakimdir.O üzdən, Artur Rasi-zadə özünün elitarlığı,Heydər Əliyev ideallarına sədaqəti və təvazökarlığı ilə yaxşı bir miras qoyub getdi.Doğrudur,estafeti başqa insanlara verərkən,bir daha idarəçilik sistemində varislik ənənələrini qoruyub saxlamaqla bərabər,yeni nəfəs və ruh tələb olunan sahələrdə xalqın içərisinə gedən bir hökumət həyati zərurətə çevrilib,ən yüksək meyarlarla fəaliyyət göstərən komanda bir nömrəli məsələ kimi qarşıya çıxıb.Çünki min illik arzularımızdan sonra qurduğumuz dövlət hər kəsin güvəndiyi müqəddəs bir məbəd olmalıdır.Ona görə daxildə vətəndaşın qayğıları daşıyan hökumət,ona rəhbərlik edən Komandana böyük meydan açır.Axı regional və beynəlxalq qayğıları çiyinlərində daşıyan bir liderin-cənab İlham Əliyevin ölkə daxilində yaxın köməkçilərinə çevrilən məmur ordusu düşmənlə savaşan Silahlı Qüvvələr qədər əlahiddə əhəmiyyətə malikdir.

Təki,əziz millətimiz üçün xeyirli olsun!”.

S.Xankişiyeva

 

Paylaş:
1249

Son xəbərlər

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olubBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54“Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı - FOTOBu gün, 10:45Atmosfer havasını çirkləndirən şadlıq sarayları cərimə olundu - ADLARBu gün, 10:22Ötən gün 20 kiloqrama yaxın narkotik aşkarlandıBu gün, 10:20“Bilirdim ki, bütün bunlar təsadüfi deyil...” - Bir dayçanın təsirli hekayəsi - VİDEOBu gün, 10:14Avtomobiliniz “Toyota 10” / “Lexus 10” zəmanəti üçün uyğundurmu?Bu gün, 10:01Baş nazir Azərbaycan İnvestisiya Holdinqinin iclasını keçirib, tapşırıqlar veribBu gün, 09:47Bu gün Şəki və Qəbələdə qaz olmayacaqBu gün, 09:19Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 08:54Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33
Bütün xəbərlər