“Dostluq üçün futbol” proqramının 1500 iştirakçısı Moskvaya gedəcək | 1news.az | Xəbərlər
Futbol

“Dostluq üçün futbol” proqramının 1500 iştirakçısı Moskvaya gedəcək

16:12 - 25 / 04 / 2018
“Dostluq üçün futbol” proqramının 1500 iştirakçısı Moskvaya gedəcək

Bu gün – Beynəlxalq Futbol və Dostluq Günü münasibətilə dünyanın 200-dən çox şəhərində dostluq, qarşılıqlı hörmət və sağlam həyat tərzinin təbliği ilə bağlı silsilə tədbirlər keçirilib.

1news.az-ın “Qasprom” İSC-yə istinadla verdiyi xəbərə görə, “Dostluq üçün futbol” layihəsi çərçivəsində minlərlə uşaq və yeniyetmə yoldaşlıq oyunları, açıq məşqlər, fleşmob və idman şənliklərində iştirak edib.

Həmin gün bərabərlik, digər xalqların mədəniyyətlərinə hörmət, əmin-amanlıq şəraitində yaşamaq kimi insani dəyərləri qiymətləndirənlər qollarına göy-yaşıl qolbaq taxıb. Göy rəng – aydın səmanı, yaşıl isə - hər kəs üçün əlçatan olan futbol meydançasını simvolizə edir. Dünyanın bir çox ölkələrindən olan aparıcılar, jurnalistlər, artistlər iştirakçıları dəstəkləyib.

Braziliyada Futbol və Dostluq Günü  münasibətilə Rusiya səfirliyində proqramın gənc iştirakçılarına qolbaqlar təqdim olunub. Əlcəzairdə isə bələdiyyə stadionlarından birində gənc futbolçular təmizlik işləri apardıqdan sonra yoldaşlıq oyunu keçirib.

“Dostluq üçün futbol” proqramının yeni mövsümündə çoxlu sayda istedadlı uşaqlar iştirak edib.

“Bu il “Dostluq üçün futbol” proqramının iştirakçısı olmaq şərəfinə nail oldum. Bərabərlik, ədalət və qələbə kimi dəyərlər mənə çox yaxındır. Bunlar olmadan harmoniyada yaşamaq çətindir. İlk dəfə Rusiyanı görəcəyim üçün çox sevinirəm. Öz ölkəni təmsil etmək çox məsuliyyətli işdir”, - “Dostluq üçün futbol” proqramının gənc səfirlərindən biri, ABŞ-dan Bennet Vehibe bildirib.

“Futbola uşaqlıdan böyük maraq göstərirəm. İdmansız və dostlarım olmadan həyatımı təsəvvür edə bilmirəm. “Dostluq üçün futbol” proqramı hesabına öz arzuma – peşəkar futbolçu olmağa  doğru bir addım atacağıma inanıram”, - Svan Drame, “Dostluq üçün futbol”proqramının Fransadan olan gənc səfiri.

Müxtəlif illərdə bu tədbirdə müxtəlif tanınmış futbolçular iştirak edib. Bunlardan serbiyalı müdafiəçi Branislav İvanoviç, “Zenit” klubundan Yuri Lodıqin, holland hücumçu Dirk Kuyt, 2004-cü ildə Futbol üzrə Dünya Çempionatının qalibi Teodoras Zaqarakis və başqalarını adlarını çəkmək olar.

Qeyd edək ki, “Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir. Forumun iştirakçıları səkkiz dəyəri: dostluq, bərabərlik, ədalət, sağlamlıq, əmin-amanlıq, sədaqət, qələbə, adət-ənənə və dürüstlüyü təbliğ edir. Proqramda gənc futbolçular (qızlar və oğlanlar, hətta fiziki qüsurlu gənclər), “Dostluq üçün futbol” Uşaq Mətbuat Mərkəzi çərçivəsində gənc jurnalistlər iştirak edir. Son 5 il ərzində proqramda 3,7 mindən çox uşaq iştirak edib.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycanı turnirin qalibi olmuş Rəvan Kazımov təmsil edib.

Qeyd edək ki, 1news.az “Dostluq üçün futbol” layihəsinin informasiya tərəfdaşıdır.

MFL “Dostluq üçün futbol” layihəsində ustad dərsləri keçəcək – FOTO

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək – FOTO – VİDEO

“Dostluq üçün futbol” turnirində Azərbaycanı təmsil edəcək nümayəndə müəyyənləşib

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2580

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər