Əngəlsiz futbol: MFL və Mc’Donalds USİ-dən əziyyət çəkən uşaqları sevindirib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Əngəlsiz futbol: MFL və Mc’Donalds USİ-dən əziyyət çəkən uşaqları sevindirib – FOTO – VİDEO

18:49 - 01 / 06 / 2018
Əngəlsiz futbol: MFL və Mc’Donalds USİ-dən əziyyət çəkən uşaqları sevindirib – FOTO – VİDEO

MFL xeyriyyəçilik fəaliyyətilə bağlı öz ənənələrinə sadiqliyini davam etdirir.

Ölkənin ən iri həvəskarlar liqası cəmiyyət qarşısında sosial məsuliyyətə yüksək əhəmiyyət verərək buna xüsusi diqqət ayırır.  

Mayın 25-də MFL McDonald’s-la birgə təşkilatçılığı, eləcə də Cinema Plus və AFFA-nın dəstəyilə növbəti xeyriyyə tədbiri keçirib. Bu dəfə MFL və onun dostları “Uşaqların Sağlam Gələcəyi” İctimai Birliyindən fiziki məhdudiyyətli uşaqları sevindiriblər.

Uşaq serebral iflicindən (USİ) əziyyət çəkən uşaqların çoxu aztəminatlı ailələrdəndir və buna görə də onların Cinema Plus-da cizgi filmi izləməsi, McDonald’s-da nahar etməsi, Bakı Olimpiya Stadionuna ziyarət etməsi çox sevincli və yaddaqalan oldu.

Həmçinin “MFL Arena”-ya ekskursiya zamanı gənc idman həvəskarları stadionla tanış olduqdan sonra, MFL oyunçuları ilə futbol oynayıblar.   

“Əngəlsiz futbol” layihəsinin təsisçiləridən biri və Sport Marketing Group-un direktoru Ayaz Əhmədov MFL-in tərəfdaşı olaraq təşəbbüslə bağlı fikirlərini bölüşüb:

“MFL-in başlıca ideyalarından biri – birlikdir. Liqada müxtəlif ictimai vəziyyətə sahib insanlar oynasa da, meydanda onların hamısı bərabərdir. Çünki onları birləşdirən əsas dəyər futboldur. İdmanın bu növü yoxsul məhəllədən çıxsa da, məhz buna görə idmanın kralına çevrilib.

Bizdən az bəxti gətirənlərə kömək etməyə çalışmalıyıq. Bu da layihənin başlıca dəyəri olaraq – hər bir kəsə bu vərdişi təlqin etməkdir.  

Bunu piar üçün etmirik. Bunu daha çox ona görə edirik ki, hətta həvəskar oyunçular futbolun yalnız meydanda bitdiyini düşünməsin. Bu, bizi hörmətə, bizi oyunun bir hissəsi olduğumuza öyrədir.

Burada meydanda olarkən hər zaman düşünməliyik ki, heç kəs bu sevincdən – futbol oynamaqdan məhrum edilə bilməz. Gəlin futbolu həmin insanlara oyun kimi deyil, qayğı və hörmət kimi təqdim edək.

Sağlamlığı yol vermədiyi üçün bizimlə birlikdə qaça bilməyən uşaqların kənarda qalmasına imkan verməməliyik. Əgər bu uşaqlara kinoteatrda cizgi filmi seyr etmək və yığma komandanın oyununa baxmaq gülüş bəxş edərsə, demək onların əlindən tutaraq bura gətimək lazımdır.

Ötən il uşaqlar evindən olan körpələr üçün MFL-in hər bir komandası bir torba oyuncaq toplamışdı. Bu cür aksiyalarda ildə bir neçə dəfə keçirilməlididir. Bu aksiyaya həmçinin böyük futboldan olan komandalar və digər idmançılar da qoşulmalıdır.

Bu cür xeyriyyə tədbiriləri MFL ilə məhdudlaşmamalıdır. Əgər kimsə kömək etmək istəyirsə, futbol bunun üçün səbəb olsun”.

 MFL-in direktoru Rəhman Hacıyev sosial layihələrin əsas vacibliyini qeyd edib:

“MFL olaraq sosial yönlü layihələrə hər zaman diqqət ayırmışıq və bundan sonra da ayıracağıq. Bu, bizim əsas missiyamız, şüarımızla harmoniya təşkil edir. Axı biz xalq futbol liqasıyıq. Buna görə də hər zaman xeyriyyəçilik və uşaqlarla bağlı tədbirləri dəstəkləyirik. Hazırda Qazprom”un “Dostluq üçün futbol” layihəsinə dəstək göstəririk. Layihə çərçivəsində səfirimiz Dünya Çempionatının açılışına qoşularaq orada uşaqlara ustad dərsləri keçəcək.

Biz hər zaman bu cür tədbirlərə, xüsusilə də McDonald's kimi, bu sahədə fəallıq nümayiş etdirən bir şirkətə dəstək göstərməyə hazırıq. Bu şirkətlə əməkdaşlıq etmək böyük şərəfdir”.

McDonald’s nümayəndələri də bu cür aksiyaların vacibliyi ilə bağlı fikirlərini bölüşüblər:

“McDonald’s şirkətinin fəlsəfəsi çərçivəsində öz müştəriləri ilə birlikdə dünya üzrə öncül məqsədlərindən biri uşaqlara dəstək amilini vurğulamaqdır. McDonald’s korporasiyasının tarixi uşaq xeyriyyəçiliyi və fiziki imkanları məhdud uşaqlara qayğı ilə sıx bağlıdır. Şirkət bunu müxtəlif vasitələrlə: həm birbaşa iştirakı, həm də dövlət və qeyri-hökumət təşkilatları ilə təhsil, idman layihələri, ictimai tədbirlər və müxtəlif xeyriyyəçilik aksiyaları ilə həyata keçirir.  

McDonald’s Azərbaycan, CinemaPlus kinoteatrlar şəbəkəsi və MFL bütün uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrikedir, onların həmişə sağlam olmasını arzu edirlər”.

Fəridə Rəsulova

Tərcümə: S.Xankişiyeva

Paylaş:
2111

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər