ru

Ermənistan

11 İyun saat 13:17

Erməni BMT baş katibinin müavini oldu

Erməni BMT baş katibinin müavini oldu

BMT-nin baş katibi Antonio Quterreş Movses Abelyanı özünün Baş Assambleya və konfransların idarəedilməsi işləri üzrə müavini təyin edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, erməni diplomat bu vəzifədə Qayanadan olan Ketrin Pollardı əvəzləyib.

Abelyan Ermənistanda anadan olub, Ermənistan və Gürcüstan vətəndaşlığı var. O, sülh, təhlükəsizlik və münaqişələrin həlli məsələləri ilə məşğul olub.

BMT-nin açıqlamasında bildirilir ki, Abelyan Baş Assambleya, Təhlükəsizlik Şurası və Birləşmiş Millətlər Təşkilatının maliyyə və proqramlarının icra şurası daxil olmaqla, mürəkkəb məsələlərin həllində geniş təcrübəyə malikdir.

Hesabata görə, Abelyanın rəhbərliyi, proqram planlaması və büdcə məsələlərində uzun illər təcrübəsi var.

BMT Katibliyində işə başlamadan əvvəl o, Ermənistanın təşkilatda daimi nümayəndəsi vəzifəsini tutub.

P.Sultanova

 

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur
entonee.net