ƏSA Teatrı ABŞ-da Azərbaycanı təmsil edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

ƏSA Teatrı ABŞ-da Azərbaycanı təmsil edəcək

12:35 - 26 / 04 / 2018
ƏSA Teatrı ABŞ-da Azərbaycanı təmsil edəcək

Yarandığı gündən yerli mədəniyyətin aparıcı lokomotivinə çevrilən, ölkənin ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı Amerika Birləşmiş Ştatlarında Azərbaycanı təmsil edəcək.

1news.az-ın verdiyi xəbərə görə, teatrın təsisçisi və rəhbəri Nihad Qulamzadə ABŞ-ın təşkil etdiyi Açıq Dünya Proqramı çərçivəsində 2-12 may tarixlərində “Əlilliyin müdafiəsi, islahatlar və incəsənət” mövzusunda təşkil olunacaq beynəlxalq layihədə iştirak edəcək.

Layihə müddətində rejissor Nihad Qulamzadə Vaşinqtonda və ABŞ-ın digər şəhərlərində Amerikadan və dünyanın müxtəlif ölkələrindən layihəyə qatılan mütəxəssislərlə öz təcrübələrini bölüşəcək. Həmçinin, layihə çərçivəsində ƏSA Teatrı və onun Azərbaycandakı fəaliyyəti, teatra olan dövlət və ictimai marağı əks etdirən təqdimat nümayiş olunacaq. Təqdimatda ƏSA Teatrının yarandığı gündən hazırladığı və geniş ictimaiyyətin maraqla qarşıladığı tamaşalardan, reallaşdırdığı sosial layihələrdən, perspektiv planlardan, həyata keçirilməsi nəzərdə tutulan yaradıcı layihələrdən bəhs ediləcək.

Qeyd edək ki, Açıq Dünya Proqramı ABŞ-da 1999-cu ildən təşkil olunan beynəlxalq layihədir. Azərbaycanı bu il layihədə ƏSA Teatrı ilə yanaşı, sosial sferada fəaliyyət göstərən fiziki məhdudiyyəti olan və olmayan daha 4 nəfər təmsil edəcək.

Xatırladaq ki, ƏSA Teatrı 3 sentyabr 2016-cı ildə yaradılıb. Təkcə Qafqaz ölkələrində deyil, eləcə də bütün regionun ilk və tək inklüziv teatrıdır. Teatrın əsas aktyor heyəti fiziki məhdudiyyətli şəxslərdən ibarətdir.

Leyla Əliyeva ƏSA Teatrının premyerasında – FOTO

Sevgi, hörmət və bərabərlik naminə  – VİDEO

İnklüziv “ƏSA” Teatrı “Adamlar və siçanlar” tamaşasını təqdim edib

S.Xankişiyeva

 

Paylaş:
1137

Son xəbərlər

Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36
Bütün xəbərlər