“Evimiz çökür” – 10 evə ziyan vuran sürüşmənin acınacaqlı GÖRÜNTÜLƏRİ – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Evimiz çökür” – 10 evə ziyan vuran sürüşmənin acınacaqlı GÖRÜNTÜLƏRİ – VİDEO

11:26 - 18 / 10 / 2018
“Evimiz çökür” – 10 evə ziyan vuran sürüşmənin acınacaqlı GÖRÜNTÜLƏRİ – VİDEO

Sürüşmə qorxusu Şamaxının Aşıqməmmədağa küçəsinin sakinlərini evlərindən didərgin salıb. 

1
news.az-ın ARB TV-yə istinadən verdiyi xəbərə görə, son yağışlardan sonra aktivləşən torpaq sürüşməsi nəticəsində 10-a yaxın evə ciddi ziyan dəyib. 

Bəzi evlərdə yaşamaq artıq mümkün deyil. Torpaq kütləsi evlərə doğru hərəkət edir. Divarlar ortadan çat verir.

Sakinlər son yağışlar nəticəsində sürüşmənin miqyasının hər gün bir az daha böyüdüyünü deyirlər.

Rahim Babayev – Sakin: “Evə gündüz gəlib baxırıq, axşamlar gedib hərəmiz birinin evində qalırıq.Yatmaq mümkün deyil evdə. Qorxudan qalmaq mümkün deyil. Evdə hər gün beş-on santimetr sürüşmə artır”. 

Akif İbadov – Sakin: “Bax, piləkəndi uçub, evin içinə girir çatlar. Hasar da yavaş-yavaş aralanıb gedir. Günü-gündən də artır”.

Təhlükə təkcə evlərdəki çatlarla yekunlaşmır. Sözügedən ərazidə üç evin daş hasarı uçub, həyətyanı sahələrdə yarğanlar gündən-gündən genişlənir.

Gülnaz Şahvuzarova – Sakin: “Hasarlar uçub gedir, həyətmizdə olan tiklilər uçub gedir. Qabaqdakı evlər torpağın altında qalır, yuxardakı evlər də sürüşüb gəlir aşağı. Sürüşmə ağacları kökündən çıxarıb. Bu dəqiqə bizim evə girin, görəcəksiz ki, ev tərpənir, çökür”.

Sürüşmə nəticəsində artıq 4 ailə evlərini tərk edib.

1news.az

Paylaş:
1442

Son xəbərlər

Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19
Bütün xəbərlər