“FINOKO” bank olmayan kredit təşkilatı “Union Credit”-in 100% payını aldı | 1news.az | Xəbərlər
İqtisadiyyat

“FINOKO” bank olmayan kredit təşkilatı “Union Credit”-in 100% payını aldı

16:30 - 03 / 11 / 2017
“FINOKO” bank olmayan kredit təşkilatı “Union Credit”-in 100% payını aldı

“FİNOKO” Bank Olmayan Kredit Təşkilatı ASC ilə “Union Kredit” Bank olmayan kredit təşkilatı MMC-nin payçıları arasında “Payların alqı-satqı” müqaviləsi bağlanıb. Müqaviləyə əsasən, “FİNOKO” “Union Kredit”in 100% paylarını alıb.

“FİNOKO”-dan verilən məlumata görə, hazırda hər iki şirkətin birləşərək vahid “FİNOKO” Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti brendi altında çıxış etməsi nəzərdə tutulur. Şirkətlərin birləşməsi üçün mövcud qanunvericiyə uyğun olaraq bütün zəruri hüquqi hazırlıq işləri aparılır. Bu sövdələşmə BOKT-lar arasında ilk dəfə aparılır və Azərbaycanın maliyyə bazarında yeni idarəetmə reallıqları başlanğıcını simvolizə edir.

“FİNOKO” təşkilatının strateji inkişaf planına uyğun olaraq regionlarda öz mövcudluğunun gücləndirilməsini planlaşdırır. Bu istiqamətdə ilkin addım  Azərbaycanın perspektivli şəhərlərindən biri olan Tovuzda yerləşən “Union Kredit” təşkilatına məxsus Tovuz şəhər filialı ilə baglıdır. Bu filial vasitəsilə “FİNOKO” yaxın zamanda  sahibkarlığın inkişafına və təminatlı istehlak kreditlərinin maliyyələşdirilməsi istiqamətində şəbəkə əhatəsini genişləndirmək  arzusundadır.

“FİNOKO” Bank Olmayan Kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti 18 sentyabr 2014-cü ildə BKT-28 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilib. Fəaliyyət dövrü ərzində “FINOKO” BOKT ASC Bakı şəhərində fəaliyyət göstərməsinə baxmayaraq, eyni zamanda Sumqayıt şəhərində, Abşeron rayonunda, o cümlədən bu şəhər və rayonların ətraf qəsəbələrində sahibkarlığın inkişafına və təminatlı istehlak kreditlərinin  maliyyələşdirilməsi istiqamətində kreditlər verib.

Təşkilat kreditlərin verilməsində səmərəliliyin və davamlılığın təmin olunması üçün peşəkar və təcrübəli işçi heyəti, müasir standartlara cavab verən maddi texniki baza, müvafiq inzibati ofis ilə fəaliyyət göstərir. 30 sentyabr 2017-ci il tarixinə təşkilatın aktivləri 14 443 940 (on dörd milyon dörd yüz qırx üç min doqquz yüz qırx) manat, nizamnamə kapitalı 1 000 000 (bir milyon) manat, məcmu kapital isə 3 230 200  (üç milyon iki yüz otuz min iki yüz) manat təşkil edir.

Təkcə 2016-cı ildə sosial müdafiə ayırmaları və vergi ödənişləri üzrə cəmi 323380 (üç yüz iyirmi üç min üç yüz səksən) manat vəsait dövlət büdcəsinə ödənilib. 

“FİNOKO” BOKT ASC fəaliyyət müddəti ərzində İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu ilə müqavilə imzalayaraq, layihələrin icrasını uğurla davam etdirərək, müvəkkil kredit təşkilatı statusunu qazanıb.

Gələcəkdə sahibkarlığın inkişafına və təminatlı istehlak kreditlərinin maliyyələşdirilməsi istiqamətində şəbəkə əhatəsini genişləndirmək məqsədilə Azərbaycanın digər şəhər və rayonlarında mövcud qanunvericiləyə uyğun olaraq “FİNOKO” BOKT ASC-nin filialların açılması nəzərdə tutulur.

Reklam hüququnda

Paylaş:
3213

Son xəbərlər

Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09
Bütün xəbərlər