70 yaşlı kişi ilə xəyanət etdi: Gədəbəydəki hadisənin təfərrüatı - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

70 yaşlı kişi ilə xəyanət etdi: Gədəbəydəki hadisənin təfərrüatı - YENİLƏNİB

11:41 - 15 / 10 / 2018
70 yaşlı kişi ilə xəyanət etdi: Gədəbəydəki hadisənin təfərrüatı - YENİLƏNİB

Gədəbəy rayonu Qozqaralı kənd sakininin öz həyat yoldaşını baltalaması, qonşusunu isə ağacla döyərək ağır xəsarətlər yetirməsinin bəzi təfərrüatları məlum olub.

1news.az xəbər verir ki, Qozqaralı kənd sakinlərinin A24.Az-a verdikləri məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, hadisəni törədən Əsgərov Əlviz Gülmalı oğlunun həyat yoldaşının 70 yaşlı qonşusu ilə ona xəyanət etdiyi bildirilir:

“Könül qonşu kişi ilə birlikdə Əlvizə xəyanət edirdi. Əlviz də işi ilə əlaqədar olaraq kənddə gec-gec olurdu. Elə bu məsələlərə görə o, işindən ayrıldı və 4 ildir ki, işsizdir. İşdən çıxdı ki, arvadının xəyanət etdiyini gözü ilə görsün. Yəni o, 4 ildir ki, arvadı ilə qonşu kişini güdürdü. İki gün bundan əvvəl onları təkrar olaraq bir yerdə tutub və şübhələri özünü doğruldub. Bundan sonra Əlviz birinci qonşu kişini tutub, aparıb meşəyə və orda ağacla ölümcül döyüb. Daha sonra evə gəlib arvadına da iki dəfə balta ilə xəsarət yetirib. İndi yaralıların hər ikisi Gəncədə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti isə ağırdır. 4 uşaqları var”.

Məlumata görə, Əlvizin həyat yoldaşı ilə eşq yaşayan 1949-cu il təvəllüdlü Məmmədov Firuddin Zeynəlabdın oğlu bir neçə dəfə ailə qurub: “Firuddin o qədər ailə həyatı qurub, boşanıb ki, say- hesabını itirmişik. Sonuncu dəfə hardansa cavan bir qız gətirib evlənib. Bu qadından da bir uşağı var”.

Qeyd edək ki, rayonun 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Əsgərov Əlviz Gülmalı oğlu 1977-ci il təvəllüdlü həyat yoldaşı Allahverdiyeva Könül Qəşəm qızını balta ilə vurub.

O, daha sonra 1949-cu il təvəllüdlü qonşusu İsmayılov Firuddin Zeynəlabdın oğlunu yaxınlıqdakı meşə zolağı ərazisində ağac parçası ilə döyərək ağır xəsarətlər yetirib. Hər iki yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Məlumata görə, qadına sol yuxarı ətrafın çapılmış və sınmış yarası diaqnozu qoyulub və onun vəziyyəti ağırdır. Eyni zamanda ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ağır əzilmiş və çapılmış xəsarətlər alan F.İsmayılovun da vəziyyəti ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən Əsgərov Əlviz Gülmalı oğlu saxlanılaraq istintaqa cəlb olunub.

09:36

Gədəbəydə dəhşətli hadisə baş verib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, rayonun 1976-cı il təvəllüdlü Qozqaralı kənd sakini Əsgərov Pərviz Gülmalı oğlu 1977-ci il təvəllüdlü həyat yoldaşı Allahverdiyeva Könül Qəşəm qızını balta ilə vurub.

O, daha sonra 1949-cu il təvəllüdlü qonşusu İsmayılov Firuddin Zeynəlabdın oğlunu yaxınlıqdakı meşə zolağı ərazisində ağac parçası ilə döyüb və hadisə yerindən qaçıb.

Hər iki yaralı əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Məlumata görə, qadına sol yuxarı ətrafın çapılmış və sınmış yarası diaqnozu qoyulub və onun vəziyyəti ağırdır. Eyni zamanda ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən ağır əzilmiş və çapılmış xəsarətlər alan F.İsmayılovun da vəziyyəti ağır qiymətləndirilir.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır və P.Əsgərovun saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri görülür.

S.Xankişiyeva

 

Paylaş:
8225

Son xəbərlər

Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42
Bütün xəbərlər