Həbibi məğlub edən yeganə döyüşçü AZƏRBAYCANLIDIR – FOTO | 1news.az | Xəbərlər
İdman

Həbibi məğlub edən yeganə döyüşçü AZƏRBAYCANLIDIR – FOTO

13:04 - 08 / 10 / 2018
Həbibi məğlub edən yeganə döyüşçü AZƏRBAYCANLIDIR – FOTO

Oktyabrın 7-də UFC idman növü üzrə məşhur döyüşçü Komor Makqreqora qalib gələrək, bütün dünyanın diqqət mərkəzinə düşən Həbib Nurməhəmmədovla bağlı Femida.az saytı maraqlı faktı üzə çıxarıb.

Belə ki, vaxtilə Həbib Dağıstanda azərbaycanlı idmançıya məğlub olub. Bu barədə saytımıza MMA-ın Azərbaycandakı rəsmi nümayəndəsi Şəhriyar Abbasov açıqlama verib:

“Xamis Məmmədov yeganə idmançıdır ki, Həbib Nurməhəmməovu məğlub edib. O, vaxtilə bizim döyüş klubunun üzvü olub. Düzdür, Həbib peşəkar döyüşlərdə heç vaxt uduzmayıb. Lakin həvəskar sambo döyüşlərində Xamis Məmmədov onu məğlub etmişdi. Hətta Həbib müsahibələrinin birində özü də bunu etiraf edib”.

Xamis Məmmədovun özü də Həbibi məğlub etdiyini təsdiq edib:

“Həbib mənim dostumdur, atası da məşqçim olub, əlaqələrimiz çox yaxşıdır. Makqreqoru məğlub etdikdən sonra zəng edib təbriklərimi də çatdırdım. Həbibi məğlub etməyimə gəlincə, bu 2007-ci ildə olub. 68 kiloqram çəkidə qarşılaşdıq. Döyüş sambosunda 3 rəqibi keçdim. 4-cü rəqibim Həbib oldu. Ona da 2:1 hesabı ilə qalib gəldim və finala çıxdım. Finalda isə 1:1 hesabı ilə bərabərə qaldıq. Rəqib yerli idmançı olduğuna görə, qələbəni ona verdilər. Təəssüf ki, o vaxt video çəkiliş imkanları bu günkü qədər geniş olmadığı üçün görüntülər yoxdur. Döyüşün video yazısı olan disk var idi, lakin sonradan onu da itirdim".

Həbiblə 2011-ci ildə yenidən qarşılaşmalı olduq. Bu dəfə isə MMA döyüş növündə, finalda üz-üzə gəldik. Döyüşdən əvvəl mənə təklif olundu ki, Həbiblə qarşılaşmayım. Lakin bu təklifi qəbul etmədim. 76 kq çəki dərəcəsində qarşılaşdıq. Həmin vaxt Həbib mənə qalib gəldi. Qısa müddət sonra UFC-də hazırlaşmaq və döyüşmək üçün ABŞ-a yollandı”.

1news.az

Paylaş:
25657

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər