Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib - FOTO

22:46 - 26 / 04 / 2018
Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib - FOTO

Aprelin 26-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub.

1news.az xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.

Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, AMEA-nın, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40-dan artıq ümumtəhsil məktəb və liseyinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar müxtəlif təqdimatlarla çıxış ediblər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim ediblər. Şagirdlər intellektual yarışlarda iştirak edib, fləşmob keçiriblər.

Tədbir çərçivəsində, həmçinin 30-dək nəşriyyat və kitabxana kitab sərgi-yarmarkası təqdim edib. “Oxu günü”ndə iştirak edənlər bir sıra nəşrləri güzəştli qiymətlərlə əldə ediblər. Nəşriyyatlar bəzi çap məhsullarını kitabsevərlərə ödənişsiz paylayıb.

“Oxu günü” çərçivəsində “Kitab qoy - kitab götür” aksiyası da keçirilib və mütaliəsevərlər oxuduqları kitabları başqaları ilə paylaşıblar.

Heydər Əliyev Mərkəzinin parkında bu qədər insanın bir arada toplaşdığı mənzərə göz oxşayırdı. Hər kəs əlindəki kitabı vərəqləyir, şəkillər çəkdirir, müzakirələrə qatılırdı.

Bakıdakı 100 nömrəli tam orta məktəbin müəllimi Nüşabə Məmmədova bildirib ki, belə tədbirlərin keçirilməsi ölkəmizin ictimai həyatında mühüm hadisədir. Çünki son zamanlar oxuya, mütaliəyə həvəs azalıb. Kitab oxumaq və kitaba bağlılıq ənənəsi gənclərin bilik səviyyəsinin artmasına da təsirini göstərəcək.

Həmin məktəbin şagirdi, oxumağı, öyrənməyi, kitabları çox sevdiyini deyən Nigar Dadaşova sonuncu dəfə “Görünməz ada” kitabını oxuduğunu söyləyib.

Paytaxtdakı 290 nömrəli məktəbin sərgini maraqla izləyən şagirdləri Mirsadiq Rəsulov və Nicat Qorçıyev daha çox macəra və dedektiv kitablar oxumağı xoşladıqlarını söyləyiblər.

Kitab bir nəslin digər nəslə mənəvi sərvətidir. Bu gün ölkəmizin ən gözəl məkanlarının birində - Heydər Əliyev Mərkəzinin parkında bu qədər insanın bir araya gəlməsi mütaliəyə olan hörmətimiz, marağımız və həvəsimizdir.

1news.az

Paylaş:
678

Son xəbərlər

Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01
Bütün xəbərlər