İlham Əliyev “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb – FOTO

13:24 - 25 / 04 / 2019
İlham Əliyev “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində “China National Electric Engineering” şirkətinin prezidenti Cao Huy ilə görüşüb.

1news.az xəbər verir ki, "China National Electric Engineering" şirkətinin prezidenti Cao Huy aprelin 24-də Pekində Sumqayıt Kimya Sənaye Parkında şin zavodunun tikintisi ilə əlaqədar niyyət protokolunun imzalandığını bildirdi. Bundan əvvəl də ölkəmizdə müxtəlif sahələrə dair bir neçə layihəni həyata keçirdiklərini deyən Cao Huy Azərbaycandakı investisiya mühitindən, xarici sərmayədarlar üçün yaradılan şəraitdən razı qaldıqlarını vurğuladı və buna görə dövlətimizin başçısına təşəkkür etdi.

Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafının ölkəmizdə prioritet sahə olduğunu deyərək dünən müxtəlif sahələrdə əməkdaşlığa dair 10 sənədin imzalandığını, bununla da Azərbaycanın sənaye sahəsinə çoxlu sərmayənin yatırılacağını bildirdi. Sumqayıt Kimya Sənaye Parkında xüsusi vergi rejimlərinin tətbiq edildiyini, bunun isə xarici sərmayədarlar üçün daha cəlbedici olduğunu deyən dövlətimizin başçısı "China National Electric Engineering" şirkətinin növbəti rezident kimi Kimya Sənaye Parkında öz müəssisəsini yaratmasını yüksək qiymətləndirdi, bu müəssisənin Azərbaycanın ixrac imkanlarını artıracağını bildirdi. Dövlətimizin başçısı ölkəmizdə yaxşı sərmayə imkanlarının olduğunu, Dünya Bankının "Doing Business" hesabatına görə Azərbaycanın 32 pillə irəliləyərək dünyada ən çox islahat həyata keçirən 10 ölkə sırasında olduğunu vurğuladı. Bununla da Azərbaycanın böyük tərəqqiyə nail olduğunu deyən Prezident İlham Əliyev ölkəmizdə xarici sərmayələrin yüksək səviyyədə qorunduğunu, bunun xarici investorlar üçün ölkəmizin cəlbediciliyini artırdığını vurğuladı.

1news.az

11:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Pekində “China National Electric Engineering” şirkətinin prezidenti Cao Huy ilə görüşüb.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.                           

S.Xankişiyeva

Paylaş:
573

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər