İlham Əliyev müdafiə sənayesi nazirinin vəfatı ilə əlaqədar başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev müdafiə sənayesi nazirinin vəfatı ilə əlaqədar başsağlığı verib

14:41 - 24 / 06 / 2018
İlham Əliyev müdafiə sənayesi nazirinin vəfatı ilə əlaqədar başsağlığı verib

Müdafiə sənayesi naziri Yavər Camalov 2018-ci il iyunun 23-də ömrünün 69-cu ilində vəfat edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.                           

Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri Y.Camalovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Nekroloqda bildirilir ki, Y.Camalov 1949-cu il oktyabr ayının 17-də Sabirabad rayonunda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1967–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun neft-mədən fakültəsində neft və qaz yataqlarının işlənməsi texnologiyası və kompleks mexanikləşdirilməsi ixtisası üzrə ali təhsil alıb.

Əmək fəaliyyətinə 1972-ci ildə “Siyəzənneft” Neft və Qaz Çıxarma İdarəsində operator kimi başlayan Yavər Camalov 1973–1995-ci illərdə “Şirvanneft” Neft və Qaz Çıxarma İdarəsində neft-qaz çıxarma üzrə mühəndis, böyük mühəndis, növbə rəisi, texnologiya üzrə rəis müavini və rəis vəzifələrində çalışıb. O, 1995–2003-cü illərdə ARDNŞ-in “Quruda Neft və Qaz Çıxarma” İstehsalat Birliyinin, 2003–2006-cı illərdə isə “Azneft” İstehsalat Birliyinin baş direktoru olub. 2006-cı ildən ömrünün sonunadək Y.Camalov müdafiə sənayesi naziri vəzifəsində işləyib.

Y.Camalov tutduğu vəzifələrdən asılı olmayaraq çalışdığı bütün sahələrdə daim işgüzarlıq, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirib. Yüksək tələbkarlığı, dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona böyük hörmət qazandırıb. O, uzun illər boyu Azərbaycanın neft sənayesinin inkişafı naminə bilik və bacarığını əsirgəmədən, var gücünü sərf edərək ölkə iqtisadiyyatının yüksəlişinə töhfələr verib.

Nekroloqda qeyd edilir ki, Azərbaycan Respublikasında müdafiə sənayesi sahəsində vahid dövlət siyasətinin uğurla həyata keçirilməsində Y. Camalovun özünəməxsus xidmətləri var: "Onun bir nazir kimi rəhbərlik etdiyi dövr ərzində nazirliyin müəssisələrində çox sayda yeni istehsal sahələri yaradılmaqla yanaşı, qurumun müasir tələblərə uyğun səmərəli fəaliyyəti nəticəsində ölkədə hərbi təyinatlı məhsulların çeşidi artıb və keyfiyyəti yüksəlmiş, müdafiə sənayesinin idxaldan asılılığının aradan qaldırılması istiqamətində nailiyyətlər əldə olunub və ümumilikdə Azərbaycan Ordusunun müasir silah növləri ilə təmin edilməsi üçün zəruri addımlar atılıb.

Yavər Camalovun ölkənin iqtisadi inkişafındakı xidmətləri daim yüksək qiymətləndirilib. O, “Əməkdar mühəndis” fəxri adına layiq görülmüş və müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib. Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və səmimi insan Yavər Camalovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq. 

Allah rəhmət eləsin!”.

İlham Əliyev

Mehriban Əliyeva

Novruz Məmmədov

Oqtay Əsədov

Ramiz Mehdiyev

Hacıbala Abutalıbov

Əli Əsədov

Akif Əlizadə

Zakir Həsənov

Ramil Usubov

Elçin Quliyev

Rövnəq Abdullayev

Xoşbəxt Yusifzadə

Yəhya Musayev

Tofiq Rəfiyev

S.Xankişiyeva

 

Paylaş:
923

Son xəbərlər

Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyubBu gün, 10:35Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17
Bütün xəbərlər