“İlin sahibkar xanımı” olmaq üçün müraciətlər yekunlaşdı | 1news.az | Xəbərlər
Cəmiyyət

“İlin sahibkar xanımı” olmaq üçün müraciətlər yekunlaşdı

16:11 - 15 / 02 / 2019
“İlin sahibkar xanımı” olmaq üçün müraciətlər yekunlaşdı

“Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, Azər Türk Bank ASC-nin əsas dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət tərəfdaşlığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyası (AQSİA), “WoWoman Azerbaijan” təşkilatlarıının və ADİU-da fəaliyyət göstərən Yunus Sosial Biznes Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “WE2019 xanım sahibkarlar üçün müsabiqə”-ə müraciət mərhələsi artıq yekunlaşdı.

1news.az-ın verdiyi xəbərə görə, Respublika üzrə 16 yaşdan yuxarı bütün sahibkar xanımlar #WE2019 müsabiqəsinə müraciət edərək “İlin sahibkar xanımı” olmaq addımı atdılar. Yanvar ayının əvvəlində start götürən layihəyə artıq 161 xanım sahibkar müraciət edib.

Müxtəlif yaş kateqoriyasından və biznes sahəsindən olan uğurlu sahibkar xanımlarımızın böyük maraqla qarşılayaraq etdikləri müraciətlər artıq münsiflər heyəti tərəfindən baxılmağa başlanılmışdır. 2 mərhələli seçimlərdən sonra Mart ayının əvvəlində “İlin sahibkar xanımı” açıqlanacaqdır. Qeyd edək ki, 2018-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Əhali Fondu (UNFPA), Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) və İsveçrə Səfirliyi tərəfindən birgə aparılan araşdırmaya əsasən Azərbaycanda 150.000-dən çox xanım sahibkar var. #WE2019 müsabiqəsi ilə seçiləcək “İlin sahibkar xanımı”-nı mükafat olaraq xaricdə baş tutacaq startap və biznes tədbirində iştirak, biznes inkubasiya mərkəzlərində fəaliyyət göstərmək imkanı qazanacaqdır.

Qeyd edək ki, layihənin rəsmi informasiya dəstəkçiləri “ARB TV”, “MAG TV” və “1news.az”-dır. 

Müsabiqə ilə bağlı ətraflı məlumat almaq üçün: http://we.youthinc.az/

 S.Xankişiyeva

 

Paylaş:
1024

Son xəbərlər

Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53
Bütün xəbərlər