İlqar Vəlizadə: ABŞ imkan verir ki, erməni hökuməti özbaşınalıq yaratsın | 1news.az | Xəbərlər
Siyasət

İlqar Vəlizadə: ABŞ imkan verir ki, erməni hökuməti özbaşınalıq yaratsın

16:23 - 20 / 04 / 2018
İlqar Vəlizadə: ABŞ imkan verir ki, erməni hökuməti özbaşınalıq yaratsın

Ermənistanda artıq yeddinci gündür ki, Serj Sarkisyanın baş nazir olmasına qarşı etiraz aksiyaları keçirilir.

Küçələrə axışmış xalq eks-prezidentin hökumət başçısı postuna qayıdışını hakimiyyətin, daha dəqiq Ermənistan Respublika Partiyasının dələduzluğu kimi qiymətləndirir.

Nəticə etibarilə Sarkisyan bütün hakimiyyəti öz əlində saxlaya bildi. Bu saxtakarlığın tarixi 2015-ci ildə başlayıb. Həmin vaxtlar Sarkisyan prezidentliyi bitdikdən sonra rəhbər vəzifədə qalmaq üçün zəmin hazırlayır. Əgər ölkə konstitusiyası buna imkan vermirsə, bunu necə etmək olar? Burada Sarkisyan ixtiraçılıq istedadını ortaya qoyur. 2015-ci ilin dekabrında ölkənin əsas qanununa dəyişikliklə bağlı referendum keçirilir. Referendumun nəticəsi olaraq Ermənistanda prezident idarə üsulundan parlament idarə üsuluna keçildi. Bununla da baş nazirin səlahiyyətləri genişləndi.

Nəticədə ermənilər özlərini aldanmış hesab etdi. Bu da xalq arasında böyük narazılığa səbəb oldu. Beləliklə nəinki Ermənistanda, hətta işğal altında Dağlıq Qarabağda da kütləvi etiraz aksiyaları baş qaldırdı.

Etirazlara parlamentin müxalifətçi istiqamətli blokundan Nikol Paşinyan liderlik edir.

Paşinyan qeyd edib ki, bütün qüvvələr birləşərək Ermənistan Respublika Partiyasından azad olsunlar:

“Biz bir-birimizlə razılaşmamışıq, mübahisə etmişik, dalaşmışıq və bəzən bir-birimizi təhqir də etmişik. Lakin indi hamımız Azadlıq meydanında toplaşmışıq. Respunlika və “Parlaq Ermənistan” pariyalarını öz yanımızada görmək istəmirik”.

Öz növbəsində də “Çıxış” blokunun katibi Qevork Qorqisyan bildirib ki, baş nazir seçilmiş Sarkisyanı onun dövründə Ermənistan müstəqillik baxımından tənəzzüldə ittiham edib:

“Bir gecədə Avrasiya İqtisadi Birliyinə üzv seçildiniz, Rusiya ilə biabrıçı qaz sazişi imzaladınız”.

Ümumi etirazlar çərçivəsində ictimaiyyət nümayəndələri də Sarkiyana qarşı digər aksiyalar  keçirib. Nümunə üçün, “Serji çıxart!” adlı aksiyanın təbliğatçısı jurnalist Levon Baqseryandır. Aksiya çərçivəsində Baqseryan bütün məktəb və təhsil ocaqlarından Sarkisyanın şəkilləri çıxarılıb.

Yerevan küçələrindən başqa internet məkanında da etiraz dalğası yayılıb:

“Xalq həqiqətən də ədalətsizlikdən yorulub. Məqsədimiz Sarkisyanı hakimiyyətdən uzaqlaşdıraraq xalqın istədiyi hökuməti göstərməkdir. Bunun üçün də tətil və baykotlar keçirmək, küçələrə axışaraq mitinqlərə qoşulmaq, müvəqqəti olaraq banklardan pulu götürək evdə saxlamaq lazımdır”.  

Yeri gəlmişkən, aksiya təşkilatçıları etirazlarda iştirak edən polislərə pul mükafatının verilməsini qeyd ediblər:

“Bizlərə qoşuralaraq etirazlarda iştirak edəcək ilk polisə 10 min dollar veriləcək. Digərlərinə isə 2 min dollar pul mükafatı veriləcək”, - mitinq liderlərindən biri Armen Qriqoryan bildirib.

Sarkisyan isə baş nazir kimi “Şant” kanalına müsahibə verərək aksiyların ölkə iqtisadiyyatına vurğudu zərərdən  danışıb:

“Yalnız 2017-ci ildə Yerevan küçələrində mitinq keçirilməyib. Turistlər sakit şəkildə küçələrdə gəzə bilirdilər. Buna görə də, iqtisadiyyatda 7,5% artım müşahidə olunub”.

Qeyd edək ki, dünya KİV-i də Ermənistandakı hadisələrə diqqət yönəldib.

“Daily Caller” yazır:

“Erməni xalqı iqtisadi böhrandansa, daha yaxşı şəraitdə yaşamağa layiqdir. Ermənistan dünyada inkişaf edən millət kimi şansını əldən verməməlidir. Buna görə də, Dağlıq Qarabağ probleminin həlli üçün şərait yaradılmalıdır”.

İnternet-nəşr “Rosbalt”:

“Başlıca məsələ: Sarkisyanın hakimiyyətdə olduğu 10 il ərzində hansı xidmətlər göstərib ki, hələ qeyr-müəyyən müddətdə də “rəhbərlik” etmək istəyir? Sosial-iqtisadi problemləri həll etmədi, onun hakimiyyəti illərində 3,5 milyonluq əhalinin 400 mini ölkəni tərk etdi. Korrupsiya ilə mübarizə aparmadı. Müxalifəti tamailə məhv etdi. Ali baş komandan olaraq Sarkiyan ərazi itirdi, silahlanma ilə bağlı Azərbaycanla yarışı da uduzdu. Onun hakimiyyəti illərində Dağlıq Qarabağ problemi nəinki nimamlanmadı, hətta cəbhə xəttində sabitliyə də nail olunmadı”.

Həmçinin beynəlxalq hüquq-müdafiəsi təşkilatı “Human Rights Watch” Ermənistan hökumətini azad etirazçılara mane olmamaqla bağlı bəyanatla çıxış edib:

“Təəssüflər olsun ki, Ermənistan dinc etirazçılara qarşı mane olmaq, onlara güc tətbiq etmək kimi tarixə malikdir. Bütün daxili proseslərdən xəbərdarıq. Buna görə də hökumətin götürdüyü beynəlxalq öhdəliklərə əməl edilməsinə çağırırıq”.

Burada qeyd etmək yerinə düşər ki, erməni KİV-inin məlumatına görə, polislə etirazçılar arasında yaranmış qarşıdurmada zərərçəkənlərin sayı 60 nəfərə çatıb. Bunlardan 30 nəfəri xəstəxanlara yerləşdirilib. Polis aksiyalarda daha fəal iştirak edənləri saxlayır. Qanuna görə, 3 saat sonra saxlanılanlar buraxılmalıdır. Lakin KİV-in məlumatına görə, saxlanılanlar daha uzun müddət şöbədə qalır.

Bütün bunların fonunda ABŞ Dövlət Departamentinin reaksiyası olduqca yumşaq səslənir. Bilinməyən səbəblərə görə, ABŞ-ın diplomatik qurumu – insan haqları və demokratiya müdafiəçisi Ermənistanda hökumətin xalqa qarşı zorakılığını “görmədi”.

“Yerevanın mərkəzində baş verən mitinqləri yaxından izləyirik. Neçə gündür ki, etirazçılarla polisin məsuliyyət göstərməsi təqdirəlayiqdir. Lakin hüquq-mühafizə orqanları ilə etirazçılar arasında yaranmış qarşıdurmadan narahatıq. Tərəfləri təmkinli olmağa çağırırıq”, - deyə ABŞ-ın Dövlət Departamenti hadisələri qiymətləndirib.  

Dövlət Departamentinin reaksiyasını və Ermənistdandakı hadisələri şərh edən politoloq İlqar Verdizadə qeyd edib ki, ölkədə minlərlə insanın iştirakı ilə kütləvi aksiyalar sakitləşmək bilmir:

“Erməni hüquq-mühafizə orqanları sosial şəbəkələrdə aksiyaçıların çoxsaylı həbsi ilə bağlı məlumatlar paylaşırlar. Yerevanda hökumət idarələrini hücum edənlər saxlanılırsa, digər şəhərlərdə isə sadəcə etirazçılar saxlanılır. Bunun hökumət üzə çıxarmasa da, erməni hüquq-mühafizə orqanları həyəcan təbili çalır. Yerevan paytaxt olduğundan orada baş verənlər göz önündədir, digər şəhərlərdəki özbaşnalıqlar isə diqqətdən kənardadır”.

Politoloqun fikrincə, neçə gündür keçirilən narahatlıqlara baxmayaraq hansısa beynəlxalq ictimaiyətin, hüquq-mühafizə təşkilatlarının, Qərb dövlətlərinin reaksiya verməməsi təəccüb doğurur:

“Neçə gündür baş verən hadisələrdən sonra Dövlət Departamenti sadəcə “qeyd etmişik” sözləri ilə çıxış edib. Deməli etirazlar hansısa səviyyəyə çatmalıdır ki, bunu görsünlər.

Bu bəyanat tənqidi yanaşma deyil. ABŞ-ın Dövlət Departamenti vəziyyəti izlədiyini və hadisələrin sülh yolu ilə həllini azuladığını qeyd edir”.

Politoloq qeyd edib ki, bu cür cəfəngiyyatla erməni hökuməti on illiklər boyu fəaliyyət göstərir:

“Təbbi olaraq bu cür şərtlərlə Ermənistan hökumətinin əlləri açılır. Onlar da namayişçilərə qarşı güc tətbiq edir. Repressiyar  həyata keçirir. Elə həmin Paşinyan 2008-ci ildəki etiraz aksiyalarına görə, bir neçə il həbsdə olub. Həmin aksiyalar çox sərt şəkildə yatırılıb. Lakin həmin vaxt beynəlxalq hüquq-mühafizə təşkilatlatı buna tez reaksiya göstərək hökumətin hərəkətini qınayıb.

Paşinyanın həbsi ilə Ermənistan rəhbərliyinə heç kəs təzyiq göstəmədi. Baxmayaraq ki, o, deputatdır, Paşinyana qarşı sərt tədbirlər həyata keçiriləcək. Bütün bunlar erməni hökumətinə istər xarici siyasətdə, istərsə də daxili siyasətdə istədiyi kimi fəaliyyət göstyərməyə imkan yaradır”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
895

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdirBu gün, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələBu gün, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55
Bütün xəbərlər