İnkişaf və investisiya –  gənc sahibkarlar ilk addımını atdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İnkişaf və investisiya –  gənc sahibkarlar ilk addımını atdı – FOTO

16:31 - 17 / 04 / 2019
İnkişaf və investisiya –  gənc sahibkarlar ilk addımını atdı – FOTO

“Coca-Cola” Fondunun əsas dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə “Youth Inc.”

Sahibkarlıq Proqramı tərəfindən 2012-2019-cu illər ərzində həyata keçirilən “New Generation” layihəsinin III mərhələsi üzrə fəaliyyət davam edir.

New Generation Laboratory adlanan bu mərhələdə layihəyə müraciət edərək öncəki mərhələlərdə iştirak edən gənc startapçılar və sahibklardan seçilmiş 40 layihə iştirak edir.

Fərqli sahələr üzrə mütəxəssislər “face-to-face” görüşlərdə layihələrin zəif və güclü tərəflərini müəyyən edərək onların 2 ay davan edəcək mentorinq və biznesin inkişafı proqramı müddətində istifadə edəcəyi yol xəritəsini hazlayıb. Layihələr “pitching” üçün öz ideya və bizneslərində olan zəiflikləri aradan qaldıraraq hazırlanacaqlar. Yekunda isə onlar 35000 AZN-dək investisiyaya bir addım daha yaxın olacaq.

3 gün davam edən “face-to-face” görüşlərdə Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Gəncə-Qazax iqtisadi regionlarından ümumilikdə 40 layihə PAŞA Həyat Sığorta, “Procter and Gamble”, “Horeca Azerbaijan”, Park Bulvar AVM, “INNOLAND”, “Master Coach Azerbaijan” kimi qurumların nümayəndələri və fərdi sahibkarlar qarşısında təqdim ediblər. Bu görüşlərin nəticəsində layihələrin zəiflikləri ortaya çıxarılaraq onlar üçün inkişaf xəritəsi hazırlanacaqdır. Bundan sonra sözügedən layihələr mentorinq və biznesin inkişafı proqramına qoşulacaq.

Qeyd edək ki, “New Generation” layihəsi “Youth Inc.” Sahibkarlıq Proqramı çərçivəsində “Coca-Cola Foundation”-un dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dövlət tərəfdaşlığı ilə 2018-ci ildə həyata keçirilməyə başlayaraq ölkə miqyasında 4 iqtisadi regionu əhatə edir. Layihənin əsas məqsədi ölkə ərazisində gəncləri sahibkarlığa cəlb həvəsəndirmək və mövcüd biznes ideyaları daha da inkişaf etdirərək startap ekosisteminə qoşmaqdır. 1 il davam edəcək “New Generation” layihəsi Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi regionlarında icra olunur. Layihəyə qoşulan gənc sahibkarlar ümumilikdə 4 mərhələdən keçəcək.

Təlimlər haqqında məlumat almaq və qoşulmaq üçün: nglab.youthinc.az

S.Xankişiyeva

Paylaş:
1521

Son xəbərlər

“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38
Bütün xəbərlər