“İrşad telekom”un sahibinin ölümündə kriminal izlər – YENI İDDİALAR | 1news.az | Xəbərlər
Cəmiyyət

“İrşad telekom”un sahibinin ölümündə kriminal izlər – YENI İDDİALAR

15:12 - 26 / 09 / 2018
“İrşad telekom”un sahibinin ölümündə kriminal izlər – YENI İDDİALAR

İrad Hacıyevin ölümü ciddi şübhələrə yol açıb; mərhumun qurduğu biznes şəbəkə ilə bağlı da müəmmalı proseslərin getdiyi deyilir.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı Baku.ws yayıb. Saytın yazdığına görə, İrad Hacıyevin intihar etməsi ilə bağlı məlumatı onlara mərhumun yaxınlarından biri verib.

Məlumatı çatdıran şəxs deyib ki, İrad Hacıyev özünə qəsd etmək üçün çoxlu sayda dərman içib. Onun meyitini vannada aşkar ediblər. Vannanın kənarında isə intihar etmək üçün içdiyi iddia olunan dərman qutuları aşkarlanıb. Hadisə ilə əlaqədar Bakı Şəhər Prokurorluğundan (BŞP) da məlumat alınıb. BŞP-dən intihar faktı təsdiqlənib, bildirilib ki, həqiqətən də İrad Ağahüseyn oğlu Hacıyev intihar edib. "İrad Ağahüseyn oğlu Hacıyevin ölümü ilə əlaqədar sentyabrın 14-də Cinayət Məcəlləsinin 125-ci (öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İstintaq gedir” – deyə məlumatda qeyd olunub.

"Yeni Müsavat” xəbər verir ki, 1978-ci il təvəllüdlü İrad Hacıyev dünyasını dəyişəndən sonra onun intihar etməsi xəbəri ilə yanaşı, infarktdan ölməsi xəbəri yayılıb. Son xəbərlər isə məşhur mağazalar şəbəkəsinin sahiblərindən birinin ölümündə mübhəm məqamların olduğuna dəlalət edir. Məşhur biznesmen infarktdan ölübsə, məhkəmə tibb ekspertinə bunu müəyyən etmək üçün 1 ay vaxt lazım deyil. 1 saatın içində daxili müayinə, ürəyin ətraflı yoxlanılması konkret fikir söyləməyə imkan verir. Azərbaycanda bilik səviyyəsi yüksək olan kifayət qədər məhkəmə tibb eksperti var. Yəni iş adamının infarktdan dünyasını dəyişməsi xəbərlərinin ömrü məhkəmə tibb ekspertlərinin mərhumun meyitini xarici və daxili müayinədən keçirənə qədər olmalı idi.

Bəs nə baş verib? Onu özünü öldürmə həddinə kim çatdırıb? 40 yaşında belə bir məqama çatmış iş adamı evinə çəkilib vanna otağında özünü öldürmək niyyəti ilə niyə dərman içsin ki?

Mərhumun qardaşı, tanınmış rejissor Əhəd Hacıyev publika.az-a açıqlamasında bildirib ki, qardaşının intihar etməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir: "İndidən ölüm səbəbini dəqiq söyləmək mümkün deyil. Faktla bağlı ekspertiza təyin edilib və ekspertizanın rəyini gözləmək lazımdır. Bizə həkimlərin dediyi ilk o oldu ki, qardaşım ürək tutmasından, yəni ürəyindəki trombdan qəfil vəfat edib. Prokurorluq hər bir ehtimalı araşdırır deyə bu hadisəni intihar kimi qiymətləndirmək doğru deyil”.

Azərbaycan Dövlət Musiqili Teatrının rejissoru olan Ə.Hacıyev bildirib ki, qardaşının hər hansı problem, sıxıntısı olmayıb: "O, neçə il idi ki, anamızı xaricdə müalicə etdirirdi və hadisədən iki gün sonra ora uçmalı idi. Necə ola bilər ki, bu qədər mübarizə aparan, həyata bağlı olan insan intihar etsin? Həm də onun maddi sıxıntısı, problemi yox idi. Şirkətin işləri də normal gedirdi. Ailəsi, övladları, hər şeyi qaydasında idi və onun psixologiyasına təsir edə biləcək bir şey baş verməmişdi”.

Mərhum iş adamının qardaşının açıqlaması, göründüyü kimi, ortada olan ölümlə bağlı mübhəmlərə aydınlıq gətirmir. Əksinə, ölüm işində şübhəli məqamların olması iddialarını gücləndirir. Qardaşının dediyindən belə anlaşılır ki, İrad Hacıyev sentyabrın 16-da xaricə getməyə hazırlaşırmış. Bundan başqa, onun maddi sıxıntısı, problemi olmayıb, şirkətin işləri normal gedib, ailəsi, övladları, hər şeyi qaydasında olub. Psixologiyasına təsir edə biləcək bir şey baş verməyib. Bəs ölümün səbəbi nədir? Burada kriminal izlər varmı?

Maraqlıdır ki, baş verən olaydan sonra "İrşad Telekom”in digər sahibləri hər hansı açıqlama verməyiblər. Ən azı onlar da mövqelərini bildirə, İrad Hacıyevin işlə bağlı, bizneslə əlaqəli problemlərinin olub-olmamasına aydınlıq gətirə bilərdilər…

Qeyd edək ki, İrad Hacıyev biznes şəbəkəsini 22 yaşı olanda, 2000-ci ildə Rəşad adlı şəriki ilə yaradıb. 2007-ci ilə qədər  "İ&R Telecom” kimi fəaliyyətdə olan şirkət həmin ildən "İrşad Telecom” (İrşad İ.R. MMC) adı altında fəaliyyətini davam etdirməkdədir. İrşad sözünün İrad və Rəşad sözlərinin birləşməsindən yaranması haqda da xəbərlər var.  Bildirilir ki, bir müddət əvvəl şirkətdə daha bir nəfər rəhbər şəxs peyda olub. İrad Hacıyevin həmin şəxslə münasibətləri o qədər də isti olmayıb. Belə xəbərlər də var ki, 2000-ci ildən bu günə qədər şirkətin 31 mağazaya qədər böyüməsində İrad Hacıyevin böyük əməyi olub. Şirkətin bundan sonrakı dövrdə digər bir holdinqin daxilində fəaliyyəti haqda da ona təkliflər edilibmiş. Lakin İrad Hacıyev bu təklifləri qətiyyətlə rədd etməsi iddiası da var.

İrad Hacıyev

Bu və digər iddiaların nə dərəcədə doğru olmasına aydınlıq gətirmək üçün "İrşad Telecom”la əlaqə saxladıq. Suallarımızı dinləyib münasibət açıqlayacaqlarını bildirdilər. Günün sonuna qədər münasibət açıqlanmadı. Açıqlanacağı təqdirdə həmin açıqlamanı da təqdim edəcəyik.

Hadisə ilə bağlı sosial şəbəkələrdə də ən müxtəlif məlumatlar dolaşmaqdadır. Belə müzakirələrdən biri də disput.az saytında https://www.disput.az/index.php?app=forums&module=forums&controller=topic&id=1200810aparılmaqdadır.

"İrşad telekom” sahibi müəmmalı şəkildə ölüb” adı altında aparılan müzakirələrdə ölümlə bağlı ən müxtəlif səbəblər göstərilib. Məsələn, "Shoyla” adlı istifadəçi ehtimal edir ki, şirkət sahibinin ölümünü "peredazirovka”dan ola bilər. Bir başqa istifadəçi isə şirkət sahibinin ölümü ilə telefonların qeydiyyatının 5 manatdan 150 manata qədər bahalaşması ilə əlaqəli görür. İddia edir ki, bahalaşma təşəbbüsü ilə məhz şirkət sahibi çıxış edib və sonradan hökumət belə bir addım atıb. Bu bahalaşma ilə şirkət sahibinin ölümü arasındakı birbaşa əlaqə haqda isə hər hansı bir sübut, dəlil göstərilmir. Sadəcə, qeyd olunur ki, hazırda fiziki şəxslər telefonlarını qeydiyyatdan keçirərkən böyük məbləğlər ödəməli olduqları halda, böyük şirkətlər əvvəlki rüsumları ödəməkdədirlər.

Yenə də bu məsələ ilə İrad Hacıyevin ölümü arasındakı əlaqə haqda hər hansı bir aydınlaşdırıcı fakt, məlumat, sübut təqdim olunmur. Ümumilikdə müzakirələrdə İrad Hacıyev imkanları genişlənməkdə olan iş adamı, yaxşı ailə başçısı kimi təqdim olunur. Bu gün "belə bir şəxs, iş adamı özünü niyə öldürüb” sualı açıq olaraq qalmaqdadır.

“İrşad Electronics”in rəhbərinin ölüm səbəbi bilindi – RƏSMİ

S.Xankişiyeva

 

Paylaş:
4422

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər