İsveçrənin Franck Muller brend saatlarının Azərbaycan qızılını Qarabağdan oğurlaması haqda | 1news.az | Xəbərlər
Siyasət

İsveçrənin Franck Muller brend saatlarının Azərbaycan qızılını Qarabağdan oğurlaması haqda

16:14 - 07 / 01 / 2019
İsveçrənin Franck Muller brend saatlarının Azərbaycan qızılını Qarabağdan oğurlaması haqda

Nüfuzlu beynəlxalq təşkilatların işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyəti zamanı ikili standartalar artıq müəyyən mənada onların vizit kartına çevrilib.

Nümunə üçün, BMT-nin narahatlığı, daha dəqiq – BMT Baş Assambleyasının İnsan Haqları üzrə Şurası (UNHRC) işğal olunmuş ərəb ərazilərində İsrailin məskunlaşma siyasəti zamanı fələstinlilərin hüquqlarının pozulmasından narahat olduğu halda, nədənsə Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki qanunsuz sahibkarlıqla bağlı heç bir tədbir görmür.

Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz biznesə cəlb olunan xarici şirkətlər də təəssüf ki, bu cür analoji yanaşmaya söykənir. Burada dünyaca məşhur brendlərlə yanaşı, ölkələri tərəfindən (qismən və ya tam olaraq) nəzarət edilən şirkətlər də var. Baxmayaraq ki, bu şirkətlərin əsas prinsipləri insan hüquqlarına hörmətə əsaslansa da, həqiqət də onların əsas fəaliyyətinin beynəlxalq hüquqa zidd olduğu görünür.

Ermənistandan danışdıqda onun niyyəti bəllidir: Azərbaycanın işğal olunmuş ərazilərini talan etmək və zəngin yataqları boşaltmaqdır. Və bu cür cinayətin törədilməsinə xarici şirkətləri də cəlb etməkdir.

Erməni işğalında 160 müxtəlif qiymətli metal yataqları var ki buraya 5 – qızıl, 7 – civə, 2 - mis, 1 – qurğuşun, 1 – daş kömür, 1 – sodanın istehsalı üçün xammal, 12 – rəngli və dekorativ daşlar, 21 – üzlük daşı və s. aiddir.

Bunlardan ən iriləri Qızılbulaqda qızıl, mis yataqları, Tərtər ərazisində Dəmirli, Canyataq, Gülyataqda qızıl, molibden yataqları, Kəlbəcərin Söyüdlü, Ağdüzdaq, Tuthuma yataqlarında qızıl, Zəngilanın Vejnəli yatağında qurğuşun, Kəlbəcərin Sarıbulaq, Şorbulaq, Ağqaya ərazisində və Laçının Çilgəzçay, Narzanlı ərazisində çivə yataqlardır.

Əlbəttə bu cür təbii ehtiyatlar işğal olunmuş Azərbaycan ərazilərinə dünyanın dörd bir yanından tamahkar və vicdansız işadamlarını cəlb etməyə bilməzdi: Yerevanın çağırışı ilə ABŞ, Kanada, Fransa, Avstraliya, İsveçrə, Rusiya və digər ölkələr bala milçək yığışan kimi toplaşıblar.

Qanunsuz fəaliyyətləri, daha doğrusu Azərbaycanın yeraltı sərvətlərini müflisləşdirmək üçün onlar törəmə şirkətlər açaraq ekoloji standartlara riayət etmədən, kustar üsulla xammalı Ermənistana çatdırıb.

Əsasən Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərin qanunsuz istismarı üçün müxtəlif zamanlarda Vallex Group, Base Metals, Lydian International, GeoProMining, Vedanta Group və digər şirkətlər hüquqi qeydiyyatdan keçib.

Ermənistanın Vallex Group-a daxil olan Lixtenşteyndə qeydiyyatdan keçmiş Base Metals 2002-ci ildə Kəlbəcərin “Qızılbulaq” qızıl və mis yatağını qanunsuz istismar edir.

GeoProMining tərkibində olan GPM Gold şirkəti 2007-ci ildən Kəlbəcərin “Söyüdlü” qızıl yatağını istismar edir. Sputnikdən çəkilmiş foto bu yataqda istismarın aparılmasının bariz nümunəsidir. Qanunsuz xammalın Ermənistana daşınması üçün Azərbaycanın Kəlbəcər rayonundan keçən Vardenes-Ağdərə yolu istifadə olunur.

Azərbaycanın işğal olunmuş ərazilərində biznesini genişləndirmək istəyən xarici şirkətlərin bəziləri erməni işğalından xəbər tutduqdan sonra bu fikirdən yayınaraq Azərbaycan hökumətindən üzr istəyənlər də olub. Lakin öz nüfuzunu risk altında saxlayaraq məqsədli şəkildə beynəlxalq hüquququn norma və prinsiplərini pozanlar da olub.

Bu şirkətlərin rəhbərlərinin dünya ermənilərinin təsiri altında olması ilə izah olunur. Bunun bariz nümunəsi dünyaca məşhur İsveçrə saatı brendi Franck Muller Group-un təsisçisi və baş direktoru Vartan Sirmakesin münasibətidir.

Şirkətin əsasını isveçrəli saatsaz Frank Müller qoyub. Franck Müller saatlarını Demi Mur, Elton Con, Robin Uilyams, 50 Cent, Joze Mourino və digər məşhurlar taxır. Bu brenddən olan saatlar yüksək xarakteristikası, müasir stil ilə ahəngdarlığı və İsveçrənin saat istehsalı ənənələri ilə məşhurdur. 80-ci illərin sonunda Frank Müllerlə Vartan Sirmakesi həyat görüşdürür.

Fotoda: Frank Müller, Joze Mourinyo və Vartan Sirmakesdir (soldan sağa).

Vartan Sirmakes 1956-cı ildə İstanbulda erməni zərgər ailəsində doğulub. 18 yaşı olan zaman, 1952-ci ildən İsveçdə yaşayan əmisinin məsləhəti ilə oraya köçür. Cenevrəyə köçdükdən sonra o, 1974-cü ildə zərgərlik işi ilə bağlı təhsil alaraq, bu sahədə diplom əldə edir. Və öz zərgərlik emalatxanasını açır. Tədricən kiçik emalatxana böyük şirkətə çevrilir və Sirmakes biznesini şaxələndirərək qolbaq və saat korpuslarının istehsalı ilə də məşğul olur.

Frank Müllerlə tanışlığa qədər o, artıq Franck Geneva brendi altında saatlar istehsal edir və bu sahədə geniş uğur əldə etmişdi.

1991-ci ildən Müller Sirmakisə yeni isttehsalını layihələndirməyi tapşırır və beləliklə, yeni brend yaranır. Saatların dəyəri modelindən və seriyasından asılıdır. Ortalama dəyəri 13 500 avro təşkil edir. Zaman-zaman şirkət daha bahalı, məhdud sayda dünya ulduzlarına həsr etmiş kolleksiyasını təqdim edir. Nümunə üçün, futbol ulduzu Kriştianu Ronalduya həsr olunmuş saat 110 000 avroya kolleksiyaçı tərəfindən satılıb.

Fotoda: Frank Müller və Kriştianu Ronaldo

Hazırda Sirmakesin rəhbərliyi altında 800-dən çox insan çalışır. 7 brend onun səlahiyyətindədir, o, bütün İsveçrə üzrə 14 istehsalat müəssisəsinə sahibdir. Eləcə də o, İsveçrədə erməni icmasının əsas maliyyə donorudur, Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərindəki separatçı rejimə maliyyə dəstəyi göstərir.

Ermənistanın sabiq prezidenti Serj Sakisyan Vartan Sirmakesi ölkənin Fransadakı səfiri təyin edir və Marseldə diplomatik nümayəndəliyin açılışıda şəxsən iştirak edib. Ötən il isə Sarkisyan Sirmakesi birinci dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edib.

Maraqlısı budur ki, tarixi vətəni və Qarabağ separatçıları üçün “xeyriyyə” məqsədilə verdiyi pulları, həmçinin Franck Muller istehsalı olan saatların qızılını birbaşa mənada Azərbaycanın işğal olunmuş əraziləri hesabına əldə edib.

Hələ 2001-ci ildə Ermənistanda Franck Muller saatlarının istehsalı ilə bağlı açılış zamanı şirkətin nümayəndəsi bildirib ki, burada yalnız saatların qızıl çərçivələri üçün 18 karatlıq qızıl və 550 əyyarlıq platin istifadə olunacaq. Saatların bir sıra modellərində Ağrı dağı və Ermənistanın xəritəsi əks olunacaq.

Dünyada Franck Muller saatlarını yeganə nümayəndəliyini Ermənistanda açan Sirmakes erməni iqtisadiyatını 1 300 000 dollar dəyərində sərmayə yatırıb. Bununla yanaşı, Franck Muller nümayəndəliyi Ermənistanda qızıl zinət əşyalarının istehsalı ilə də məşğuldur.

Sirmakes uzun müddət erməni futbol komandası “Ararat”ın təsisçisi olaraq ona dəstək göstərir və Ermənistanın paytaxtında “Qədim Yerevan” məhəlləsinin tikintisi üçün 150 milyon dollarlıq layihənin əsas yatırımçıdır.

Ötən ilin yayında Ermənistanda hakimiyyət dəyişdikdən sonra Sirmakes tərəfindən Build Armenia Fondunun yaradılması ilə bağlı məlumatlar yayılıb. Layihənin mahiyyəti Ermənistana repatriasiya təşkilatıdır və ilk mərhələdə Sirmakes bu ideyanın həyata keçirilməsində təxminən 100 milyon dollar sərmayə qoymağa hazırdır. Vətənə qayıdan erməni diasporalarını ev və işlə təmin olunacağını vəd edib.

Maraqlıdır ki, Ermənistanın hazırki prezidenti – həmçinin Ermənistanın Böyük Britaniyada sabiq səfiri Armen Sarkisyanın adı bir zamanlar Transparency International-da “ArmSwissBank” vasitəsilə pulların yuyulmasında hallanırdı.

“ArmSwissBank” rəsmi təsisçisi – Vartan Sirmakesdir.

Həmçinin o, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış “ArtsakhBank”ın, eləcə də 999,9 əyyarlıq qızıl külçələrin satışı ilə məşğul olan bir sıra proqramların əsas səymayədarıdır.  

Bu qızıl külçələrin hansı qızıldan hazırlanmasını izah etməyə ehtiyac yoxdur. V.Sirmakes Kəlbəcərin “Söyüdlü” və Zəngilanın “Vejneli” yataqlarının qanunsuz istismarında birbaşa əlaqədardır. Burada qanunsuz əldə olunmuş qızıllar İsveçrənin birjalarında satışa çıxarılır əldə olunmuş pullar isə İsveçrə banklarına yatırılır.

Azərbaycan qızılını talan etməkdən doymayan Sirmakes “Qarabağı qara kürü cənnətinə” çevirmək fikrindədir. Bunun üüçün o, Golden Fish zavodlarının tikintisi üçün Tərtərin işğal olunmuş ərazilərində nərə balıqlarının yetişdirilməsi, həmçinin Laçında su anbarının tikintisində də iştirak edir. Bütün bu layihələr Sirmakes tərəfindən birbaşa olaraq Ermənistan hökuməti, xüsusilə də sabiq baş nazir Ovik Avranyanla müzakirə edilib.

Fotoda: Vartan Sirmakes Azərbaycanın işğal olunmuş ərazilərində

Hələ 2015-ci ildə Azərbaycanın Baş Prokurorluğu Vartan Sirmakesə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib. İstintaq zamanı Sirmakesin bir qrup şəxslə bərabər Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət göstərməsi, bu ərazilərdə qanunsuz separatçı rejimin təbliğatının beynəlxalq səviyyədə aparılması  və Azərbaycanın müvafiq orqanları ilə razılaşdırılmadan Zəngilanın Vejnəli qızıl yatağının açılşında iştirak etməsi ilə bağlı kifayət qədər məlumat əldə edilib. Həmçinin Sirmakesin Azərbaycanın ərazi bütövlüyünün şübhə altına atan bədxah tədbirlər görməsi də üzə çıxır.

Azərbaycanın Daxili İşlər Naziliyi nəzdində İnterpolun Milli Mərkəzi Bürosu V.Sirmakesin istintaqa cəlb olunması və onun axtarışı ilə bağlı tədbirlər görür.

Şübhəsiz ki, tez ya da gec Azərbaycanın zəngin təbii sərvətlərini talan edən Vartan Sirmakes və digər günahkarlar tutularaq cinayət əməllərinə görə lazımi cəzanı alacaq.

Digər maraqlı məqam: nə üçün qanunsuz fəaliyyət göstərən İsveçrə vətəndaşı, ölkənin ən iri şirkətinin yaradıcısı və baş direktoru, nəinki Azərbayda, hətta beynəlxalq qanunvericiliyi və Cenevrə konvensiyasını pozana qarşı İsveçrənin hüquq-mühafizə orqanlarında maraq oyatmır?

Təssüf ki bu sual hələ də cavabsız olaraq qalmaqdadır.

Who else profits: İsrail tədqiqatçıları Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən şirkətlər haqqında

İsrailə olmaz, Ermənistana isə olar: BMT-nin Qarabağ məsələsində ikili standartları haqqında  – FOTO

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
2809

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər