Kasilyas doğum günü olan həmyerlimizi belə təbrik etdi – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Kasilyas doğum günü olan həmyerlimizi belə təbrik etdi – VİDEO

17:35 - 20 / 09 / 2018
Kasilyas doğum günü olan həmyerlimizi belə təbrik etdi – VİDEO

Bu gün “Qarabağ” klubunun tərcüməçisi Elvar Quliyevin doğum günüdür.

1news.az-ın məlumatına görə, dostları və yaxınları əlamətdar gün münasibətilə onu təbrik edərək ən xoş arzularını çatdırıblar.

Əcnəbi dostları da Elvarı əziz gündə yaddan çıxartmayıblar. Onlardan ən çox diqqət çəkən şəxs isə dünyanın ən yaxşı qapıçılarından sayılan, uzun müddət İspaniya yığmasının və “Real”ın şərəfini qorumuş, hazırda isə “Portu”nun uğurları üçün çalışan İker Kasilyasdır.

Öz növbəsində E.Quliyev Kasilyasın onu təbrik etməsinə bu cür münasibət bildirib:

“Futbol tarixinin ən yaxşı qapıçılarindan birinin (mənim üçün 1-ci) səni ad günü münasibətilə təbrik etməsi görəsən nece hisdi?! Gözlərimə və qulaqlarıma hələ də inana bilmirəm. Dostlar sağ olsun!”

Qeyd edək ki, Azərbaycan Dövlət Dillər Universietinin məzunu olan Elvar 2004-cü ildən futbol təsərrüfatımızda çalışır. İspan, portuqal, ingilis dillərini bilən 35 yaşlı Quliyev ilk olaraq "Bakı"da çalışıb. Ancaq o, 10 ilə yaxın işlədiyi "Xəzər Lənkəran"dan daha çox tanınıb. Keçən ilin əvvəlində isə Əfqan Xəlillinin yerinə “Qarabağ” klubunda tərcüməçi kimi işə başlayıb.

1news.az

Paylaş:
2282

Son xəbərlər

Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40
Bütün xəbərlər