Keçən il Azərbaycanda hasil olunan neftin həcmi açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Keçən il Azərbaycanda hasil olunan neftin həcmi açıqlanıb

15:32 - 17 / 01 / 2019
Keçən il Azərbaycanda hasil olunan neftin həcmi açıqlanıb

Ötən il Azərbaycanda 38,8 milyon tondan çox neft hasil edilib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, bu barədə “Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlərə dair” hesabatda deyilir.

Bildirilir ki, keçən il respublikada proqnozdan 849 min 900 ton çox olmaqla 38 milyon 802 min ton neft hasil edilib. Hasil olunan neftin 28 milyon 722 min tonu “Azəri-Çıraq-Günəşli”nin, 2 milyon 540 min tonu “Şahdəniz”in (kondensat), 7 milyon 540 min tonu isə SOCAR-ın payına düşüb.

İl ərzində 32 milyon 666 min 400 ton neft ixrac edilib ki, bunun da 31 milyon 247 min 900 tonu konsorsiumun, 1 milyon 418 min 500 tonu SOCAR-ın payına düşüb. Xam neftin emalı 6 milyon 95 min ton olub ki, bu da proqnozdan 184 min ton çoxdur.

OPEC+ çərçivəsində Azərbaycan gündəlik neft hasilatını 35 min barrel azaldaraq hasilat həcmini 834 min barrel səviyyəsində saxlamaqla bağlı öhdəlik götürüb. Hesabat ili ərzində orta gündəlik neft hasilatı təxminən 792,5 min barrel olub.

1news.az

Paylaş:
548

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər