Körpə Erkinin atası: Oğlum ağrılara dözə bilmir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Körpə Erkinin atası: Oğlum ağrılara dözə bilmir – FOTO

15:55 - 06 / 09 / 2018
Körpə Erkinin atası: Oğlum ağrılara dözə bilmir – FOTO

İki yaşlı gülərüz Erkin Salmanovun atası kömək üçün 1news.az redaksiyasına müraciət edib.

Erkin 2 yaş 4 aylıq olsa da, onun həyatının səkkiz ayını ağır tibbi prosedurlar təşkil edir. Atasının körpə ilə bağlı söhbəti uzun və ağrılı oldu:

“Oğlum 1 yaş 8 aylıq olanda hiss etdik ki, onda nəsə var. O yenicə yeriməyə başlayırdı. Tez-tez yıxılır və ağlayırdı. Bilirdik ki, nəsə onu incidir, amma səbəbini tapa bilmirdik. Həkimlər MRT etdirməyi tövsiyyə etdi. Müayinənin sonunda onun belində şiş aşkarlandı. Həkimlər müxtəlif diaqnoz qoydular. Dostlarımın məsləhəti ilə onu İrana, Təbrizə apardıq.

Orada şiş diaqnozu təsqidləndi. Həmçinin ordakı həkimlər bildirlər ki, şişin digər hissəsi qarın boşluğundadır. Təbrizdəki həkimlər əmliyyatdan imtina etdilər və bizə Türkiyəyə getməyi məsləhət gördülər. Türkiyədə Antalyadakı klinikaya getdik. Türk həkimlərin rəyi də qorxuducu oldu: həkimlər bildirlər ki, əməliyyat etsələr də, onurğa sütununun bir hissəsini də götürəcəklər. Bu isə oğlumu heç vaxt hərəkət etməməsi deməkdir.

Ümidimiz yalnız İzmirdəki həkimlərə idi. Buradakı həkimlər şüa müalicəsini məsləhət gördü. Şüa vasitəsilə şiş kiçildilə bilər. Daha sonra ola bilsin ki, əməliyyat keçirilsin. Həmçinin ordakı həkimlər müalicənin əlverişli keçərsə, onurğaya əl dəyilməyə bilər, dedilər. Biopsiya əməliyyatı adətən 1 saat keçirilsə də, Erkin üçün 4 saat davam etdi.

Cərrah bildirdi ki, biopsiya zamanı şişin 80%-i kəsilib, sadəcə qarın boşluğundakı qalıb. Həkimin sözlərinə görə bu, müalicənin uğurlu olmasını artırır və bundan sonra dərmanlarla müalicə davam edə bilər. Çox sevindik. Bakıya gəldikdən ilk vaxtlarda hər şey yaxşı idi. Lakin bir dəfə Erkinə ayaq massajı edəndə o yenə acı-acı ağlamağa başladı.

Facebook səhifəsində xeyriyyəçiliklə məşğul olan Kamilla Ələkbərova uşağa Mərkəzi Gömrük Hospitalında olan Türkiyədən professor Dəniz Konyanın yanına aparmağı məsləhət gördü. D.Konyanın sözlərinə görə, əvvəlki həkim bizi aldadıb, şişin 80%-i xaric edilməyib, sadəcə 10%-i kəsilib. Həmçinin o bildirib ki, şiş böyüyür və buna görə də 5 gün ərzində əməliyyat olunmalıdır.

Moskvada qohumum yaşayır. Bunda görə də uşağı oradakı Uşaq Onkoloji Mərkəzinə apardıq. Orda dedilər ki, uşağın tam müayinəsi üçün 2 həftə lazımdır. Bizim bu qədər zamanımız olmadığından, Erkini İstanbula apardıq. Əməliyyat üçün bizə 20 min dollar lazım idi. Buna qədər hər şeyimi, maşınımı da satmışdım. Ona görə həmin vaxt pulumuz olmadı.

K.Ələkbərovanın Facebook-da Erkinlə bağlı statusu bizə kömək oldu. Toplanan ilk 1500 dolları Medical Park Klinikasına köçürdük. Digər pulları isə ilk kimya terapiyaya ödədik. Hazırda Erkin anası və bibisi ilə birlikdə Uşaq Onkoloji Mərkəzindədir.

Həkimlərin sözünə görə, Erkin 53 həftə müalicə müddəti keçməldidir. Bunun üçün bizə 111 220 dollar lazım olacaq. Həmçinin həkimlər bizi sevindirdi ki, ilk kimya terapiyasından sonra şişin həcmi kişilib. Ola bilsin ki, gələcəkdə əməliyyat lazım olmayacaq.

Lakin bu işin bir mənfi tərəfi də var: oğlumun qaraciyərində kiçik də olsa metastas yaranıb. Üçüncü kimya terapiyada bu nəzərə alınacaq. Ümid edirik ki, bu ağır müalicədən sonra, onun ağır əməliyyat keçirməsi lazım olmayacaq.

Pula gəlincə, biz yalnız birinci kimya terapiyasının pulunu – 10 min dolları ödəmişik. İkinci kimya terapiyaya görə klinikaya 30 min dollar ödəməliyik. Üçünçü kimya terapiyanın məbləğini hələ bilmirik.

Söhbət oğlumun sağalmasından gedir. Buna görə də müalicə üçün bizə kömək etmək istəyən insanlara müraciət edirəm. Biz hər şeyimizi satmışıq. Ailədə təkcə mən işləyirəm. Böyük oğlum da var. Onun hələ 11 yaşı var. Hər gün Uca Yaradana dua edirik. Xahiş edirəm, kədərimizə şərik çıxın”.

Atanın sözlərinə görə, bu gün onlara 30 min dollar lazımdır ki, kimya terapiyasını ödəsinlər. lakin yekun məbləğ hələ ki, bilinmir.

Erkin Salmanovun atasının müraciətinə qoşularaq onların dərdinə biganə yanaşmayan insanlara üzümüzü tuturuq. Aşağıda tibbi sənədlərin skrinlərini, eləcə də bank hesablarına köçürmə etmək üçün rekvizitləri dərc edəcəyik.

Əl tutmaq, Əlidən (imam) qalıb!

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1870

Son xəbərlər

İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:50
Bütün xəbərlər