Məcburi köçkün uşaqları üçün Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə seçimlər başa çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Məcburi köçkün uşaqları üçün Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə seçimlər başa çatıb

09:27 - 21 / 01 / 2019
Məcburi köçkün uşaqları üçün Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə seçimlər başa çatıb

Mingəçevir şəhərində məcburi köçkün uşaqları üçün “Code for Future” ("Gələcəyi kodlaşdır") şüarı ilə həyata keçirilən Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə sənəd qəbulu başa çatıb.

1news.az-ın məlumatına görə, tədris düşərgəsində iştirak etmək və gələcəyin ən önəmlı bacarıqlarından olan kodlaşdırmaya yeyələnmək üçün 358 şagird imtahanlarda iştirak edib. Seçimlərə əsasən, ən yaxşı nəticə göstərən 60 iştirakçı düşərgəyə qəbul olunub.

Həmin iştirakçılar ölkəmizin ən qabaqcıl müəllimlərinin iştirakı ilə 25 yanvar – 03 fevral 2019-cu il tarixlərində 10 günlük sürətləndirilmiş tədris düşərgəsində (bootcamp) iştirak edəcəklər. Proqram çərçivəsində məktəblilər proqramlaşdırmanın əsaslarını öyrənəcək, Scratch, HTML və CSS kimi proqramlaşdırma dilləri ilə yaxından tanış olacaqlar. Həmçinin layihənin davamlığını təmin etmək üçün 8 yerli İKT müəllimi də tədris prosesinə cəlb ediləcək. Şagirdlər  kodlaşdırma dərsləri almaqla yanaşı, sosial bacarıqlarının və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlavə təlimlərdə də iştirak edəcəklər.

Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi Mingəçevir şəhər ərazisində məskunlaşmış məcburi köçkün məktəblilərinin İT savadlılığının artırılması və kodlaşdırma (programlaşdırma) bacarıqlarını inkişaf etdirilməsi, müəllimlərin tədris potensialını gücləndirilməsidir.

Məktəblilərə dəqiq elmləri öyrətməyi, yeni kəşflər etməyi və yeni dostluqlar qazandırmağı qarşısına məqsəd qoyan Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsində iştirak pulsuzdur. Lahiyə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması məqsədilə dəstəklənir.

Qeyd edək ki, bənzər layihə ilk olaraq 5-14 sentyabr 2018-ci il tarixlərində Cəbrayıl rayonundan olan məcburi köçkün uşaqlar üçün Biləsuvar rayonu ərazisində uğurla həyata keçirilib.

Əlavə məlumat üçün:           

Facebook: codeforfuture0110

Instagram: code4future0110

Həştəq: #code4future

1news.az

Paylaş:
561

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər