MFL-in 16-cı turu: “CinemaPlus” liderliyini itirir, “Astara” isə itkisiz irəliləyir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

MFL-in 16-cı turu: “CinemaPlus” liderliyini itirir, “Astara” isə itkisiz irəliləyir – FOTO – VİDEO

10:00 - 23 / 02 / 2018
MFL-in 16-cı turu: “CinemaPlus” liderliyini itirir, “Astara” isə itkisiz irəliləyir – FOTO – VİDEO

Azərbaycanda ən iri mini futbol liqası MFL-in ikinci mövsümü tam sürətilə davam edir.

1news.az-ın verdiyi xəbərə görə, 16-cı tur ilk növbədə A Konferensiyasının lideri olan “CinemaPlus”un məğlubiyyəti ilə yadda qaldı. Bundan sonra “kinomanlar” turnir cədvəlində ikinci yerdə qərarlaşaraq “VIP FK”-nı irəli buraxıb.

Turda ən iri xalı “Baku BG” ilə “Baku Eagles” arasında oyun zamanı “qartalların” 11:2 hesablı qələbəsilə yadda qaldı.

16 turdan sonra “VIP FK” aktivində 35 xal ilə birinci yerdə qərarlaşıb. “CinemaPlus” 33 xal ilə ikinci, elə eyni xala sahib “Xəzər” də üçüncü yerdə qərarlaşıblar. Liderlər üçlüyünü “BakuEagles”, “Sirena Motors” və “Underdog” komandaları 1 xal geriləmə ilə izləyir.

Bombardirlər siyahısınaVIP FK” komandasından Yadulla 59 qol ilə rəhbərlik edir. Onun ən yaxın rəqibi “Sirena Motors”dan Əlsalamdır. Əlsalam Yadulladan 19 qol fərqi ilə geri qalır.

Onun komanda yoldaşı Fuad – ən yaxşı assistentlər siyahısına rəhbərlik edərək hesabında 27 qol var.

B Konferensiyasına gəldikdə, burada da liderlik uğrunda gərgin mübarizə davam edir. Bu dəfə də “Astara” “Gəncliyə” 9:0 hesabı ilə qələbə qazanıb. Diqqətəlayiqdir ki, bu, MFL-in 16-cı turu üçün ən iri xal oldu.

“Astaran”ı iki– “Poseidon” və “Beerbaşa” komandaları izləyir ki, onlar da turu qələbə ilə başa vurub.

Ən dramatik matçı birmənalı olaraq “Tornado” ilə “CBC Sport” görüşünü adlandırmaq olar. Oyun 2:3 hesabı ilə bitib. Oyunun sonuna 2 dəqiqə qalmış məşhur şərhçi Gündüz Abbaszadə komandasına qələbə qazandıran qolu vurub.

B Konferensiyasının bombardirlər siyahısına “Poseidon” komandasında Mehdixan rəhbərlik edir. Onun hesabında 32 qol var. İkinci sırada 26 top vurmuş “Sabunçu”nun lideri Mehdi qərarlaşıb. Liderləri siyahısında üçüncü yeri “Beerbaşa” komandasından Eyyub sonlandırır.

Assistenlər siyahısına hesabında 17 dəqiq ötürmələr olan Mehdi liderlik edir.  

16-cı turun nəticələrinə görə, həftənin ən yaxşı oyunçusu “Maisan” komandasına 6 top vuran “Avanqard”dan Muxtar Həsənov oldu.  

Turun simvolik yığması bu cürdür:

17-ci turun oyunları fevralın 22-si və 23-də keçiriləcək. Əlbəttə ki, ən prinsipial və maraqlı görüş turnirin favoritlərindən biri “Cinema Plus”la “Bakaley” arasında baş tutacaq.

MFL-i onlayn izləyin:

MFL Facebook-da

MFL Instagram-da

MFL Youtube-da

http://www.mfl.az/

Tərcümə: S.Xankişiyeva

 

 

 

 

 

 

 

Paylaş:
1102

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər