ru

Dünya

18 İyun saat 09:19

Misirin sabiq prezidentinin ölüm səbəbi məlum olub

Misirin sabiq prezidentinin ölüm səbəbi məlum olub

Misirin keçmiş prezidenti Məhəmməd Mürsinin ölüm səbəbi məlum olub.

1news.az xarici mətbuata istinadla  xəbər verir ki, bu barədə tibb dairələrindəki mənbələrə istinadən Misirin dövlət televiziyası məlumat yayıb.

Qeyd olunub ki, 67 yaşlı Məhəmməd Mürsi kəskin ürək çatışmazlığından vəfat edib. Həkimlərin sözlərinə görə, Mürsi xoşxassəli şişdən əziyyət çəkib və ona müntəzəm olaraq tibbi yardım göstərilib.

Mürsi casusluqda ittiham olunduğu məhkəmə iclası zamanı dünyasını dəyişib. O əvvəlcə huşunu itirib və özünə gəlmədən keçinib.

1news.az

 

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur