Müasir oftalmologiyada vitreoretinal cərrahiyyənin əvəzsiz rolu və özəlliyi - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Müsahibə

Müasir oftalmologiyada vitreoretinal cərrahiyyənin əvəzsiz rolu və özəlliyi - FOTO - VİDEO

11:58 - 26 / 01 / 2018
 Müasir oftalmologiyada vitreoretinal cərrahiyyənin əvəzsiz rolu və özəlliyi -  FOTO - VİDEO

Son illər torlu qişa xəstəlikləri artmaqdadır. Bu, görmə qabiliyyətinin itirilməsinə səbəb olur. Müasir vitreoretinal cərrahiyyə görmə qabiliyyətinin itirilməsinin qarşısının alınmasında əvəzolunmaz üsuldur.

Bu barədə “Dünyagöz” Bakı Xəstəxanasının torlu qişa xəstəlikləri üzrə professoru Dilaver Erşanlı ilə danışdıq:

Professor, torlu qişa xəstəlikləri zamanı hansı əməliyyatlar icra olunur?

– Torlu qişanın problemləri çoxdur. Bunların ən önəmlisi şəkərli diabetdən qaynaqlanır. Bunlar torlu qişanın qopması və deformasiyaya uğramasıdır. Xəstəliyin ilk müalicəsi lazerlə həyata keçirilir. Əgər xəstəlik irəliləyibsə, xarici tərəfdən sirklyaj əməliyyatı edilir. Bu da yetərli olmazsa, göz içərisində yerləşən torlu qişanın bərpası əməliyyatı icra olunur. Bu prosedurlar “Dünyagöz” Xəstəxanasında peşəkar formada həyata keçirilir.

 – Şəkərli diabet zamanı katarakta hansı sürətlə inkişaf edir və onun müalicə olunma şansı nə qədərdir?

– Şəkərli diabet zamanı əvvəlcə damar sistemi zədələnir. Torlu qişa damarla zəngin toxumadır. Onun qidalanması pozulursa, bütün fəsadlar torlu qişada özünü büruzə verir. Xəstəliyin yaranmasından beş il sonra toxumada qanaxmaya meyilli damarlar əmələ gəlir. Yeni əmələ gəlmiş damarlar bir müddət sonra torlu qişanın büzüşməsinə və gözdaxili qanaxmalara səbəb olur. İlk mərhələdə damarları lazerlə müalicə edib, qanaxmanı dayandırmağa çalışırıq. Əgər şəkər irəliləyibsə, bir müddət sonra damarlarda sızma artır. Bu zaman anti-VEGF terapiyaya müraciət etməli oluruq.

Bunlar torlu qişa qatlarının tomoqrafik incələnməsi ilə paralel həyata keçirilir. Şəkərli diabet kataraktanın inkişafını sürətləndirir. Bu zaman gözdaxili təzyiqin yüksəlməsi hallarına tez-tez rast gəlinir. Ona görə diabetli xəstələrdə mütəmadi olaraq gözün istər ön, istər arxa seqmentinin mütəmadi müayinəsi aparılır.

– Anti-VEGF terapiya hansı məqsədlə icra olunur?

–  Torlu qişa xəstəlikləri zamanı damar tıxanması nəticəsində fəsadlı damarların yaranmasına səbəb olan VEGF adlı maddə ortaya çıxır. Biz anti-VEGF preparatlarla VEGF-i blok edərək yeni damarın əmələ gəlməsini əngəlləməyə çalışırıq.

– Torlu qişa qopmalarının cərrahi müalicəsinin uğurlu olma şansı nə qədərdir?

– Torlu qişa görməyə xidmət edən önəmli toxumadır. İşıq gözə daxil olandan sonra torlu qişada görüntü əmələ gəlir və oradan beyinə ötürülür. Torlu qişa ayrılması zamanı bu funksiya itir. Əgər torlu qişada qopma yeni başlayıbsa və hələ ayrılma yoxdursa, onu arqon lazer vasitəsilə əngəlləmək mümkündür. Ayrılma baş veribsə, göz içinə qaz verməklə, torlu qişanı bərpa etməyə çalışırıq, bu da yetərli olmursa, sirklyaj və ya vitrektomiya adlı əməliyyatla müdaxilə olunaraq problem həll edilir. Bu müdaxilə vaxtında olmalıdır. Bəzən təkrar müdaxiləyə ehtiyac duyulur. Pasiyentlər gec müraciət etdikdə, təəssüf ki, əməliyyatlarda uğur qazanma şansı da aşağı düşür.

– Müasir dövrdə vitreoretinal cərrahiyyə hansı yeniliklərə nail olub?

– Son illərdə vitreoretinal cərrahiyyədə çox yeniliklər olub. Müasir avadanlıq istehsal olunub və bizim xəstəxanamızda məhz bu cihazlardan istifadə edilir. Əməliyyat zamanı torlu qişanın bərpası üçün istifadə olunan dekolin və silikon kimi maddələr də istehsal olunub. Bunlar da əməliyyatın uğurlu nəticələnməsinə yardımçı olur.

– Professor, necə oldu ki, Türkiyədə çalışması vacib olan vitreoretinal cərrah Azərbaycanda fəaliyyət göstərmək qərarına gəldi?

– Türkiyədə uzun illər Gülhanə Hərbi Tibb Akademiyasında (GATA) baş həkim, daha sonra “Dünyagöz” Xəstəxanasında işlədim. “Dünyagöz” Bakı Xəstəxanası açılandan sonra isə Azərbaycan xalqına xidmət etmək üçün buraya dəvət aldım. İllərdir Bakını görmək istəyirdim. Bu gün qardaş ölkədəyəm. İnsanlardan hörmət və sevgi görürəm. Bu sevginin davam edəcəyinə və insanlara vicdanla xidmət edəcəyimə inanıram.

Ünvan: Səbail rayonu, Bayıl qəsəbəsi, Mikayıl Hüseynov küçəsi 39.

Ətraflı məlumat üçün 012 404 44 69 nömrəsi ilə əlaqə saxlayın.

www.oxu.az

Paylaş:
3515

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər