Mübariz Əhmədoğlu: Gürcüstan rəhbərliyinin Azərbaycana qarşı siyasi neqativliyini gizlətmək mümkün deyil | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Gürcüstan rəhbərliyinin Azərbaycana qarşı siyasi neqativliyini gizlətmək mümkün deyil

10:01 - 13 / 07 / 2018
Mübariz Əhmədoğlu: Gürcüstan rəhbərliyinin Azərbaycana qarşı siyasi neqativliyini gizlətmək mümkün deyil

Bidzina İvanişvilinin Gürcüstan idarəçiliyində rolunun artması ilə rəsmi Tbilisinin Azərbaycana qarşı siyasətində neqativliyin artması düz mütənasibdir.

Q.Kvirikaşvilinin Ermənistanda son hakimiyyət dəyişiklikləri dövründə Ermənistan istiqamətindəki siyasətində ermənipərəstlik meyli də B.İvanişvilinin rolunun artması ilə düz mütənasibdir. B.İvanişvilinin diktəsi ilə rəsmi Tbilisinin Azərbaycana neqativ siyasəti epizodik deyil. Gürcüstanın Azərbaycana neqativ siyasəti ermənipərəst mahiyyətlidir.

Gürcüstan prezidentinin Türkiyədə TANAP-ın açılışında iştirakdan son anda imtinası Gürcüstanın siyasətinin təkcə Azərbaycana deyil, həm də Türkiyəyə qarşı neqativ xarakter aldığını göstərir. Yaxın gələcəkdə Gürcüstanın regional layihələrdə iştirakı ilə bağlı fərqli mövqe ortalığa qoya bilər.

Gürcüstanın Azərbaycan siyasətinin mahiyyətində jurnalist Əfqan Muxtarlı hadisəsini ciddi faktor hesab etmək düzgün deyil. Gürcüstanda demokratiya və mətbuat azadlığı sahəsində Ə.Muxtarlı insidentindən qat-qat təhlükəli hadisələr baş verib. B.İvanişvili üçün demokratiya yad məsələdir.

Tbilisinin Azərbaycana qarşı neqativ siyasət aparmasını daha çox iki faktorla əlaqələndiririk:

Kölgədə yatan B.İvanişvili ilə aktiv siyasətə qayıdan B.İvanişvili fərqlidir. B.İvanişvili baş nazir olarkən yalnız Gürcüstan miqyasında fəaliyyəti var idi. İndi Gürcüstan B.İvanişvili üçün kiçik miqyaslıdır. B.İvanişvili region miqyaslı lider kimi təqdim olunmalıdır. Region lideri postu isə artıq sahibini tapıb. Azərbaycan Prezidenti özü və rəhbərlik etdiyi dövlət regionun şəksiz və şəriksiz lideridir, tez-tez dünya çapındakı proseslərə baş vurur. Məhz bu kontekstdən B.İvanişvilinin ermənipərəst siyasətinin mahiyyətini başa düşmək olar. Ermənistanın baş naziri N.Paşinyan B.İvanişviliyə əl uşağı kimi görünür.

B.İvanişvilinin ermənipərəstlik mahiyyətli antiAzərbaycançılığında tələskənliyi də hiss olunur:

Gürcüstan, Ukrayna və Moldova birlikdə parlament assambleyası yaratmaqla Azərbaycanın ərazi bütövlüyünü öz ərazi bütövlüklərinə bərabər tutmaqdan yayındılar.  Normal halda Gürcüstan buna imkan verməməl idi. Bununla da bu 3 dövlət Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyini bölüşdüklərini etiraf etdilər. 2017-ci ilin noyabrın 24-də Aİ-nin Brüssel sammitində Azərbaycan Prezidenti bu mövzuda kifayət qədər ciddi uğur əldə etdi: Şərq Tərəfdaşlığı üzv ölkələrin ərazisindəki münaqişələrin həllində ərazi bütövlüyü və dövlət suverenliyi əsas kimi təsdiqlənmişdir. Ərazi bütövlüyü prinsipinə Gürcüstan, Ukrayna və Moldova yanaşması siyasiləşib. Ərazi bütövlüyü prinsipinə Azərbaycanın mövqeyi isə sarsılmazdır. Ərazi bütövlüyü prinsipinə Azərbaycanın sarsılmaz mövqeyindən Ermənistan əziyyət çəkir. Görünür, bu, kimlərisə narahat edir.

Hər üç dövlət həm də ABŞ-a yönəli siyasət aparır. Görünür, bunların fikrincə, ABŞ-ın sahibi erməni lobbisidir. Hər 3 dövlət həm də antiRusiyaçılıq siyasətini prioritet ediblər və bundan divident qazanmaq istəyirlər. Azərbaycanın belə siyasi kursu yoxdur, ola da bilməz.

Azərbaycanlılarla məskunlaşmış Marneuli rayonunda Nərimanov adına mədəniyyət evinin adının inkarı,

Marneulinin meri milliyyətcə azərbaycanlı T.Abazovun həbsi,

Deputat Azər Süleymanova (M.Saakaşvilinin tərəfdarı) cinayət işinin açılması,

Milliyyətcə azərbaycanlı, Gürcüstan vətəndaşı Orxan Abbasın fb-də antierməni statusuna görə 2 il keçmiş cinayət işinin başlanması bunu göstərir.

Xüsusi olaraq qeyd edək ki, azərbaycanlıların M.Saakaşvilinin tərəfdarları kimi görünməsi B.İvanişvilinin antiAzərbaycançılığı üçün aldadıcı təəssüratdır. Çünki azərbaycanlıların bir qisminin Saakaşvili tərəfdarı olması yalnız seçkilər zamanı özünü göstərir. Gürcüstandakı azərbaycanlılar heç zaman separatçılıqla məşğul olmayıblar. Ermənistan və Gürcüstandakı ermənilərin rəsmi Tbilisiyə qarşı ən böyük hədəsi həmişə Cavaxetiya separatizmindən istifadə olub.

Son zamanlar Gürcüstandakı ermənilərlə azərbaycanlılar arasında münasibətlərdə yaxşılaşma halları qeydə alınıb. Ehtimal ki, B.İvanişvili Gürcüstan vətəndaşı olan ermənilər və azərbaycanlılar arasındakı münasibətlərin istiləşməsini gələcəkdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təməli kimi başa düşür. Tbilisi Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşmasının tərəfdarı deyil.

Gürcüstanın daxilində erməni və azərbaycanlıların təmaslarının artmasında, onların münasibətlərinin normallaşmasında rəsmi Tbilisi və rəsmi Bakı iştirak etmir. Bu prosesdə RF-ə məxsus strukturların iştirakını daha çox ehtimal edirik. İran faktoru da bu məsələdə rolunu oynaya bilər. Erməni və azərbaycanlı müğənnilərin birlikdə “Sarı gəlin” mahnısını ifa etməsi xüsusi diqqət çəkir.

Gürcüstanda yaşayan erməni və azərbaycanlı gənclərin “Yeni nəsil, sülh naminə” beynəlxalq platformasının təqdimatını Azərbaycanda fəaliyyət göstərən “Sülh platforması” ilə əlaqələndirmək mümkündür.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

 

 

Paylaş:
531

Son xəbərlər

Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44
Bütün xəbərlər