ru

Siyasət

10 İyul saat 10:45

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağla Ermənistanın arasındakı təhlükə çəhrayı rəngdədir

Mübariz Əhmədoğlu: Dağlıq Qarabağla Ermənistanın arasındakı təhlükə çəhrayı rəngdədir

Ermənistanın Xİ naziri Z.Mnasakanyan Vaşinqton görüşündən sonra Dağlıq Qarabağa gəldi və qondarma qurumun separatçı rəhbəri ilə aparılan danışıqları müzakirə etdi.

Görüşlə əlaqəli maraqlı hallar yaşandı:

1. Baş nazirin müavini Tiqran Avinyan Dağlıq Qarabağa səfər etdi. Görünür N.Paşinyanın olmadığı dövrdə T. Avinyanın Dağlıq Qarabağa belə qəfləti səfəri N.Paşinyanın şübhəliliyinin nəticəsi ola bilər. N.Paşinyan qondarma Dağlıq Qarabağ rəhbərliyinin Z.Mnasakanyanla separat danışıqlarına getməsindən şübhələnir.

2. Qondarma qurumun rəhbərliyi David Babayanın dili ilə Ermənistanın apardığı bu danışıqlara etinasızlıq nümayiş etdirdi. D.Babayan bildirdi ki, Ermənistan tərəfi danışıqlara çəhrayı rəngdə baxır. Başqa sözlə, Azərbaycanın mövqeyi Ermənistan üçün çəhrayı rəngdə görünür, amma Azərbaycan isə dəyişməyib və dəyişə də bilməz.

3. David Babayanın verdiyi açıqlamadan Dağlıq Qarabağdakı ermənilərin Ermənistan rəhbərliyinə nisbətən ATƏT MQ-yə daha çox inandığını göstərir. Əlbəttə, bu qondarma qurumun separatçı rəhbərliyinin əsəbiləşdiyinin dərəcəsidir.

4. Ermənistanın daxilində baş verən bəzi hərbi məsələlər də Ermənistanın Dağlıq Qarabağ mövzusunda kəskin addım atmaq mərhələsində olduğunu nümayiş etdirir.

5. N.Paşinyan həm Rusiya, həm də Aİ-yə Dağlıq Qarabağ münaqişəsini həll etmək vədini verib. Sosial şəbəkələrdə onun NATO Baş Katibinə yazdığı məktubda yayılıb. Bunların heç birisi əsaslı şəkildə təkzib olunmayıb.

Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtlarda N.Paşinyan üçün ciddi vəziyyət yaradacaq. Ona görə təhlükə ilə bağlı hazırlanmış beynəlxalq şkalada rəng narıncı və sonra isə qırmızı rəngə yaxınlaşır, başqa sözlə proseslər təhlükəli həddə yaxınlaşır.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur