Mübariz Əhmədoğlu: Həmsədrlər “Qarabağ əvəzinə İqtisadiyyat” formulunu gündəliyə gətirdilər | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Həmsədrlər “Qarabağ əvəzinə İqtisadiyyat” formulunu gündəliyə gətirdilər

10:19 - 18 / 01 / 2019
Mübariz Əhmədoğlu: Həmsədrlər “Qarabağ əvəzinə İqtisadiyyat” formulunu gündəliyə gətirdilər

ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşü Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsində keyfiyyət yaradan haldadır. Yaydıqları bəyanatdan bu aydın görünür.

Bəyanatda bir neçə yeni məqamlar var. “Regionun inkişafına yönəlmiş qarşılıqlı faydalı iqtisadi təşəbbüslərin reallaşdırılması imkanı” isə tam yeni yanaşmadır. Azərbaycan buna hazırdır. Sonuncu dəfə bunu ölkə Prezidenti 2018-ci ilin yekunlarına dair həsr olunmuş nazirlər kabinetinin müşavirəsində bildirdi. “Mən dəfələrlə bunu bildirmişəm, bir daha demək istəyirəm ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır. Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır””.

Belarus prezidenti A.Lukaşenko Bakı-Ərzurum qaz kəməri ilə bağlı vasitəciliyindən danışdı. Bu kəməri Ermənistanın ərazisindən keçirmək niyyəti ilə Prezident İ.Əliyev razılaşıb, amma Serj Sərkisyan isə imtina edib. Azərbaycanla Ermənistan arasında iqtisadi münasibətlərin əvəzində Dağlıq Qarabağ probleminin həlli mövzusu yeni deyil. Bakı-Ceyhan neft kəməri çəkiləndə də hətta ermənilər ABŞ konqresmenlərini işə qarışdırdılar. ABŞ konqresmenləri bu barədə qətnamə qəbul etdi. O zamankı Azərbaycan Respublikasının Prezidenti, Ümummilli lider Heydər Əliyevə müraciət etdilər. Ümummilli lider Heydər Əliyev Azərbaycan torpaqlarının işğaldan azad olunması şərti ilə bu layihəyə razılıq verdi. Görünür, ermənilər həm Qarabağı özlərində saxlamaq, həm də Azərbaycan iqtisadiyyatından bəhrələnmək niyyətləri olduğu üçün bu variant alınmadı. İndi isə artıq bu variantı həmsədrlər gündəliyə gətirir.

Ermənilər 2000-ci illərin əvvəllərində bu variantla razılaşsaydılar o zaman qat-qat çox böyük divident əldə edə bilərdilər. Əldə edəcəkləri təkcə Azərbaycanın iqtisadi imkanlarının bir qismi ilə deyil, həm də müəyyən mənada geoiqtisadi parametrlərlə xarakterizə oluna bilərdi. İndi isə Azərbaycanın iqtisadi qüdrətindən istifadə edə bilərlər. Azərbaycan kifayət qədər varlı dövlətdir. 46 milyard qızıl-valyuta ehtiyatı var. Region dövlətləri arasında iqtisadi əməkdaşlıq Azərbaycanın özü üçün də əlavə iqtisadi imkanlar yaradacaq. İqtisadi imkanları əlaqələndirmək və hər iki xalqı sülhə hazırlamaq kontekstindən Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının birgə təşəbbüsünü ortaya qoymaq olar. Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoq müstəvisi əsasında Azərbaycanla Ermənistan arasında qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın müzakirəsi üçün platforma yaratmaq da mümkündür.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 2018-ci ilin yanvarından üzü bəri məqsədyönlü şəkildə Dağlıq Qarabağ münaqişəsini tənzimləməkdə qətiyyətlərini artırmaq kursunu götürüblər. Bu, Azərbaycanın maraqlarına uyğundur.

Azərbaycanın iqtisadi gücünü tənzimləməyə daxil edən vasitəçilər Ermənistanın imtinası fonunda Azərbaycanın hərbi gücünü də tənzimləməyə daxil edə bilərlər.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq

Paylaş:
539

Son xəbərlər

“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46
Bütün xəbərlər