Mübariz Mənsimov qazi üçün təyyarə göndərib? –“Palmali”dən açıqlama | 1news.az | Xəbərlər
Cəmiyyət

Mübariz Mənsimov qazi üçün təyyarə göndərib? –“Palmali”dən açıqlama

13:18 - 22 / 10 / 2018
Mübariz Mənsimov qazi üçün təyyarə göndərib? –“Palmali”dən açıqlama

Son günlər sosial şəbəkələrdə "Palmali" prezidenti Mübariz Mənsimovun düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanan qazi Qoşqar Hacıyevi Türkiyəyə dəvət etdiyi haqda xəbər yayımlanıb.

1news.az-ın Azxeber.com-a istinadən verdiyi xəbərə görə, xəbərdə qeyd olunur ki, Mübariz Mənsimov şəxsi təyyarəsi ilə Qoşqarın Türkiyəyə gəlməsi haqda qərar verib və onun müalicəsini öz üzərinə götürüb.

Qazinin qardaşı Vüqar Hacıyev bildirib ki, Qoşqarın vəziyyəti günü-gündən düzəlir: "Mən sizin saytınıza təşəkkür edirəm ki, ilk olaraq bu məsələni işıqlandırdız. Qardaşımın səhhəti günü-gündən normallaşır. Sizin vasitənizlə bizə dəstək olan hər kəsə təşəkkür edirəm."

O Mübariz Mənsimovun təyyarə təklif etdiyini də deyib: "Bəli, bu məlumat düzdür. Biz Mübariz bəyə müraciət etdik və o yardım üçün nə lazımdırsa, edilməsi haqda qərar verdi. Ancaq sonradan dövlətimiz də bizə dəstək oldu və məsələ həll oldu. 

Azxeber.com məsələ ilə bağlı "Palmali Şirkətlər Qrupu" ilə əlaqə saxlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva bildirib ki, Qoşqarın ailəsi həqiqətən də təyyarə üçün Mübariz Mənsimova müraciət edib: "Qoşqar Hacıyevin qardaşı təyyarə ayırılması üçün Mübariz bəyə müraciət edib. Mübariz bəy də həmin dəqiqə tapşırıq verib. Lakin o da bildirilib ki, şirkətin təyyarəsi uyğun deyil, ona hərbi ambulans təyyarə lazımdır. Daha sonra isə məsələ öz həllini tapıb. Qoşqarın müalicəsi üçün Türkiyədən Azərbaycana həkim dəvət edilib".

O həmçinin bildirib ki, Mübariz Mənsimov bu cür məsələlərdə adının hallandırılmasını sevmir: "Biz bu günə qədər etdiyimiz xeyriyyəçilik məsələləri ilə bağlı heç vaxt reklam olunmamışıq, bunu Mübariz bəy sevmir. Xahişimiz budur ki, bu cür qeyri-dəqiq məlumatlar yayılmasın, ən azından şirkətlə dəqiqləşdirilib. Sonradan paylaşılsın". 

Qeyd edək ki, "N" saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Hacıyev Qoşqar Zahid oğlu (1986-cı ildə doğulub, 2004-cü ilin aprel ayında Mingəçevir Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağrılıb) bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçilərinin yazdıqları kimi aprel döyüşlərində deyil, 2015-ci ilin sentyabr ayının 2-də düşmənin kəşfiyyat-diversiya hücumunun qarşısını alarkən başından ağır yaralanıb.

1news.az

Paylaş:
5939

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər