Mübariz Qurbanlı: Gəncədə terror törədənlər xarici dairələr tərəfindən ələ alınaraq istifadə edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Mübariz Qurbanlı: Gəncədə terror törədənlər xarici dairələr tərəfindən ələ alınaraq istifadə edilib

12:41 - 16 / 07 / 2018
Mübariz Qurbanlı: Gəncədə terror törədənlər xarici dairələr tərəfindən ələ alınaraq istifadə edilib

“Gəncə şəhərində törədilmiş terror aktı ilə əlaqədar istintaq davam etdirilir”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Gəncədə terror törədənlər din adı altında gizlənmiş radikal qruplardır: “Onların din adı altında gizlənməsinin səbəbi odur ki, din həssas mövzudur. Araşdıranda məlum olur ki, həmin insanlar dinə o qədər də bağlı deyil, həmin insanlar xarici qruplar tərəfindən ələ alınaraq istifadə edilir”.

M.Qurbanlı qeyd edib ki, bu hadisələrin arxasında hansı dairələrin dayandığı araşdırılır: “İlkin məlumatlar onu göstərir ki, bu qrupların izləri xaricdə olan bəzi qruplara gedib çıxır”.

Komitə sədrinin sözlərinə görə, Sumqayıtda da, digər yerlərdə də bu cür qruplar mövcuddur: “Bunun qarşısını almaq üçün hüquq-mühafizə orqanları tərəfindən profilaktik tədbirlər görülür. Hüquq-mühafizə orqanları tərəfindən Sumqayıtda aparılan işlər də həmin profilaktik tədbirlərin əsas istiqamətlərindən biridir. Bu işdə bütün cəmiyyətimiz bir aradadır, cəmiyyətimiz bu məsələdə dövlətçilik mövqeyi nümayiş etdirir və Gəncədə də əhali Azərbaycan dövlətinin, prezidentin yeritdiyi siyasəti birmənalı şəkildə müdafiə edir”.

M.Qurbanlı vurğulayıb ki, Azərbaycanda ictimai-siyasi sabitlik tam bərpa olunub.

1news.az

Paylaş:
428

Son xəbərlər

Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:28
Bütün xəbərlər