Nəzakət Məmmədova: Brüssel səfəri göstərdi ki, Avropa İttifaqı Azərbaycana daha üstün bir tərəfdaş kimi baxır | 1news.az | Xəbərlər
Siyasət

Nəzakət Məmmədova: Brüssel səfəri göstərdi ki, Avropa İttifaqı Azərbaycana daha üstün bir tərəfdaş kimi baxır

17:21 - 16 / 07 / 2018
Nəzakət Məmmədova: Brüssel səfəri göstərdi ki, Avropa İttifaqı Azərbaycana daha üstün bir tərəfdaş kimi baxır

Azərbaycan prezidenti İlham Əliyevin NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün iyulun 10-da Belçika Krallığının paytaxtı Brüsselə səfəri olduqca məhsuldar keçdi.

Bunu 1news.az-a açıqlamasında politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Nəzakət Məmmədova Prezident İlham Əliyevin 11-12 iyul tarixlərində NATO-nun zirvə toplantısında iştirakına münasibət bildirərkən deyib:

“Məlum olduğu kimi, Prezident İlham Əliyev iyulun 11-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşdü. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olundu.  Görüşdən sonra “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanma mərasimi oldu.

Burada əsasən Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu və bu yaxınlarda rəsmi açılışı olan TANAP layihəsinin bu məsələdə böyük əhəmiyyəti vurğulandı. Eyni zamanda, Azərbaycanın yerləşdiyi regiondakı vəziyyət, regional təhlükəsizlik və çağırışlar haqqında da fikir mübadiləsi aparıldı”.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunmasını xüsusi qeyd edən politoloqun sözlərinə görə, burada diqqət çəkən başlıca məqam ondan ibarətdir ki, Avropa İttifaqının bundan əvvəl keçirilən Şərq Tərəfdaşlığı Sammitində olduğu kimi münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi bir daha vurğulandı:

“Bu isə Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişənin xalqların öz müqəddaratını təyinetmə prinsipi əsasında həlli ilə bağlı iddialarının əsassız olduğunu bir daha təsdiq etdi. Bu da səbəbsiz deyil. Məlum olduğu kimi, Avropanın özü də separatçılıqdan əziyyət çəkir. Dediklərimizə misal olaraq İspaniyanın Kataloniya bölgəsində baş verən son hadisələri qeyd edə bilərik. Yəni, Avropa özü də separatizmi görəndən sonra onun necə təhlükəli, dağıdıcı olduğunu başa düşdü”.

Avropa Komissiyasının vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Paşinyanla görüşünə də diqqət çəkən Nəzakət Məmmədova bildirib ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatını dəyişmək cəhdi Avropa İttifaqında da narazılıq doğurub:

“Heç kəsə sirr deyil ki, Paşinyan hakimiyyətə gələndən sonra sülh danışıqlarında Dağlıq Qarabağın erməni icmasının da iştirakına can atırdı. Moqerini isə danışıqların əvvəlki formatda davam etdirilməsinin məqbul olduğunu söyləməklə Paşinyanın arzusunu ürəyində qoydu. Bunu bir növ irad kimi də başa düşmək olar. Çünki, görünən odur ki, Paşinyanın məsələyə bu cür, qeyri-konstruktiv yanaşması Avropa İttifaqında da narazılıq doğurub”.

Politoloq bildirib ki, bu səfər Avropa İttifaqına üzv ölkələrinin Azərbaycana daha önəmli tərəfdaş gözü ilə baxdıqlarını bir daha sübut etdi:

“Ermənistan yalnız geosiyasi mövqeyinə görə Avropanı diqqətini cəlb edirsə, Azərbaycan geosiyasi mövqeyi ilə yanaşı Avropaya verdiyi töhfələrə görə böyük əhəmiyyət kəsb edir. Hər kəsə yaxşı məlumdur ki, bu gün Azərbaycan Avropanın bir çox layihələrində yaxından iştirak edir, Çinlə Avropa ölkələrini birləşdirən Böyük İpək Yolunun mühüm bir hissəsidir və nəhayət, Azərbaycan Avropanın enerji təhlükəsizliyində aktiv rol oynayır. Bütün bunlar Avropanı Ermənistanla müqayisədə Azərbaycana daha üstün bir trəfdaş kimi baxmağa vadar edir”.

Babək Cahandarov

Paylaş:
820

Son xəbərlər

Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40
Bütün xəbərlər