Oxumağa dəyər 5 kitab: video-bloger Əlixan Rəcəbov məsləhət görür – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oxumağa dəyər 5 kitab: video-bloger Əlixan Rəcəbov məsləhət görür – FOTO

11:02 - 22 / 05 / 2019
Oxumağa dəyər 5 kitab: video-bloger Əlixan Rəcəbov məsləhət görür – FOTO

Artıq məlum olduğu kimi, 1news.az Audiokitab-ın dəstəyilə #Top5books adlı yeni layihəyə başlayıb. Layihənin məqsədi kitab oxumaq marağının artırılmasıdır.

Rubrikada ölkəmizin məşhur simaları onlara daha çox təsir edən və oxuculara tövsiyə edəcəkləri 5 kitabı bizlərlə bölüşür. Rubrika hər həftə dərc olunacaq. Oxucularımız tövsiyə olunan kitablardan maraqlı hesab etdiklərini özləri üçün seçə bilər. 

Rubrikanın budəfəki həmsöhbəti – məşhur azərbaycanlı video-bloger Əlixan Rəcəbovdur.

** *

Mixail Bulqakov “Master və Marqarita”

Romanın yazılma tarixi: 1929-1940-cı il. İlk dərc tarixi: “Moskva” jurnalının 11-ci sayında ixtisarla olub.

Mixail Bulqakov  “Master və Marqarita” əsərini 11 il ərzində yazıb. Hətta müəllif xəstə olduğu müddətdə də roman üzərində çalışıb. Onun həyat yoldaşı Yelena Bulqakovanın sözlərinə görə, yazıçının roman haqqında son sözləri “Bilsinlər ki... bilsinlər ki” olub.

“Master və Marqarita” – insanı biganə qoymayan şedevrdir. Kimiləri bu əsərə ilk oxuduqda, kimiləri isə onu dərk etməsi üçün illər lazım olur.

Antuan de Sent-Ekzüperi “Balaca şahzadə”

Məşhur fransız yazıçının alleqorik povest-nağılıdır. İlk dəfə Nyu-Yorkda 1943-cü ilin aprelində dərc edilib.

Kitabdakı rəsmlər də müəllif tərəfindən çəkilib və onlar da kitab qədər məşhurdur. Ən əsası, bunlar sadəcə illüstrasiya deyil, əsərin bir hissəsidir: müəllif və nağıl qəhrəmanları təsvirlərə baxaraq bəzən mübahisə də edirlər. “Axı bütün böyüklər nə vaxtsa uşaq olub, lakin bir çoxları bunu unudub”, - deyə bu fikri Antuan de Sent-Ekzüperi kitabına həsr edib.

“Balaca şahzadə” əsəri hər yaşda oxunulan kitabdır. Əlbəttə ki, uşaq və böyüklər bunu fərqli qavrayırlar, lakin böyüklərin hər şeyin mahiyyətini daha aydın anlaması faktı öz təsdiqini tapmayıb.

Oskar Uayld “Dorian Qreyin portreti”

Oskar Uayld – dahi ingilis yazıçısı, adının düşmənlərinin səyi nəticəsində çirklənməsinə baxmayaraq, öz dövrünün ən parlaq və qeyri-adi şəxsiyyətlərindən biri olub. Onun “Dorian Qreyin portreti” romanı bütün əsərləri içərisində ən uğurlu və qalmaqallısıdır. Buna görə də ingilis ədəbiyyatının haqlı olaraq şedevri hesab edilir. Roman iki versiyada – 14 fəsildən ibarət (1890-cı ilin iyulu) və 20 fəsildən ibarət (1891-ci ilin apreli). Yeni nəşrə III, V, XV-XVIII fəsilləri də əlavə edilib.

Ölümsüzlük arsuzunda olan Dorian Qreyin dramatik, paradoksal, ovsunlayıcı hekayəsi romanın dərcindən 120 il keçməsinə baxmayaraq istər oxucu, istərsə də rejissorlar üçün çəkici qüvvəyə malikdir. Roman dünyanın bir çox ölkələrində 30-dan çox ekranlaşdırılıb.

Ən ali borc – insanın özü qarşısında borcdur.

Hər parlayan qızıl deyil, kənardan gözəl görünən də daxildən də möhtəşəm deyil. Bu, insanlara da aiddir. Buna görə də “Dorian Qreyin portreti” romanını oxuyan hər bir kəs insanın nə dərəcə də eybəcər olduğunu anlayır.  

Qreqori Devid Roberts “Şantaram”

Avtraliyalı yazıçının romanın əsasını onun öz həyat hekayələri təşkil edir. Romandakı hadisələr 1980-ci illərdə Hindistanda, Bombeydə (Mumbayda) cərəyan edir. Kitab ilk dəfə Avstraliyada 2003-cü ildə dərc edilib.

Kitab uçurumdan dönmüş və sağ qalmağı bacarmış insanın bədii formada etirafıdır. Kitab dörd milyon tirajla dünyaya yayılıb. Həmçinin roman Melvilldən tutmuş Heminqueyə qədər yeni dövrün yazıçıları arasında şöhrət tapıb. Əsərin qəhrəmanı həyat yoldaşı il ayrıldıqdan sonra valideynlik hüququndan  məhrum olduqdan sonra narkotiklərə aludə olur, oğurluq törədir və Avtraliya qanunlarına əsasən 12 il azadlıqdan məhrum edilir. İki il ağır rejimli həbsxanadan qaçaraq Bombeyə gedir. Burada saxta pul və qaçaqmalçılıq edir, silah satışı ilə məşğul olur. Hind mafiyasının qarşıdurmasında iştirak edir. Həmçinin öz sevgisini tapır, daha sonra onu yenidən tapmaq üçün itirir...

Frederik Beqbeder “99 frank”

2000-ci ildə yazılmış romanın adı Fransa mağazalarında satılan kitabın dəyəri ilə eynilik təşkil edirdi. Reklam biznesinin pərdəarxası məqamları haqqında bilmək istədikləriniz, lakin qorxduğunuz bütün məqamlar bu kitabda yer alıb.

Sevən kişi – yatan qadınına sevgiylə baxan, zaman-zaman ondan həzz alan kəsdir.

Oxumağa dəyər 5 kitab: hüquqşünas Əkrəm Həsənov məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Orxan Fikrətoğlu məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Xalq yazıçısı, deputat  Elmira Axundova məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: tanınmış yazıçı Natiq Rəsulzadə məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Qrem Uilson məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Audiokitab-ın rəhbəri Həsən Həsənov məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Çingiz Abdullayev məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Rəhman Hacıyev məsləhət görür – FOTO

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1940

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər