Oxumağa dəyər 5 kitab: Xalq yazıçısı, deputat Elmira Axundova məsləhət görür – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Oxumağa dəyər 5 kitab: Xalq yazıçısı, deputat Elmira Axundova məsləhət görür – FOTO

11:49 - 23 / 04 / 2019
Oxumağa dəyər 5 kitab: Xalq yazıçısı, deputat Elmira Axundova məsləhət görür – FOTO

Artıq məlum olduğu kimi, 1news.az Audiokitab-ın dəstəyilə #Top5books adlı yeni layihəyə başlayıb. Layihənin məqsədi kitab oxumaq marağının artırılmasıdır.

Rubrikada ölkəmizin məşhur simaları onlara daha çox təsir edən və oxuculara tövsiyə edəcəkləri 5 kitabı bizlərlə bölüşür. Rubrika hər həftə dərc olunacaq. Oxucularımız tövsiyə olunan kitablardan maraqlı hesab etdiklərini özləri üçün seçə bilər. 

Rubrikanın budəfəki həmsöhbəti – Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundovadır.

***

Hər zaman ağlım və ruhumla hiss etmişəm ki, həyatımnda ən böyük zənginliyim kitablardır. Əlifbanı mənimsədiyim vaxtdan kitab oxumağa başlamışam. Və o gündən indiyə qədər bu sevinc həmişə mənimlədir. Əlbəttə ki, biz və bizdən sonrakı nəsil kitab oxuyandır.

Əlimizə düşən hər bir kitabı oxuyardıq: Aleksandr Düma, Fenimor Kuper, Jül Vern, Aleksandr Belyayev. Daha sonra isə Qərb klassiklərinə – Mopassan, Balzak, Dikkens, Tekkerə maraq artdı. Yuxarı siniflərdə oxuyanda Qoqol, Tolstoy, Dostoyevski, Bunin, Kurpin kimi dahilərin əsərlərini oxumağa başladım.

Tələbəlik illərində Heminqueylə maraqlanaraq, Folkner, Sartrın nəsrlərini əzbərləyir, “Master və Marqarita”nı əldən-ələ ötürürdük. Əlbəttə ki, “Forsaytlar haqqında saqa”nı oxumuşuq, daha sonra isə əsər ekranlaşdırılanda filmin orijinalı ilə müqayisə etmək üçün gözümüzü televizordan çəkmirdik. Bütün bunlar heyranlıq və böyük həzz idi! Bununla yanaşı dərslərimizi əla qiymətlərlə oxuyar, kino və teatrlara gedər, valideynlərimizə ev işlərində kömək edərdik. Hər şeyi çatdırırdıq, çünki o zamanlar internet əlahəzrətləri yox idi...

Son illər işlərimin çoxluğundan kitab az oxusam da, rus və Azərbaycan yazıçılarının yeni əsərlərini izləməyə çalışıram. Dina Rubinanı sevirəm, böyük maraqla Lyudmila Uliskayanı oxuyuram. Anar, Elçin, Natiq Rəsulzadənin qələmindən çıxan bütün əsərləri oxuyuram. Qərb ədəbiyyatından Paolo Koelyonın bir neçə kitabını oxumuşam, Anna Qavaldinin kitablarını böyük zövqlə oxumuşam.

Oxuculara tövsiyə edəcəyim beş kitabı söyləmək məsələsi çox çətindir.

İlk olaraq yenicə başlayan rəssam, musiqiçi, ümumiyyətlə incəsənət insanlarına Dina Rubinanın “Kordovanın ağ göyərçini” romanını oxumasını məsləhət görərdim.

Romanı əlinə alan hər bir oxucu onu birinci səhifəsindən sonuna qədər birnəfəsə oxuyacaq. Kitabın əsas mahiyyəti bundadır ki, ən istedadlı insan öz istedadından sui-istifadə etməyərək onu yalan və qazanc mənbəyinə çevriməyə haqqı yoxdur. Qəddarlığa yönəlmiş istedad nəticədə Allah vergisinə görə sahibindən sözün əsl və məcazi mənasında qisas alır. Əsərdə təsvirin gözəlliyi, dəqiqliyi və incəliyi heyranlıq doğurur...

Son illər oxuduğum ən yaddaqalan əsər “Böyük kitab” mükafatına layiq görülmüş Güzel Yaxinanın “Züleyxa gözlərini açır”  romanıdır.

Ağır, insanın qəlbini parçalayan bu kitab XX əsrin 30-cu illərində qolçomaqlardan və məcburi köçkünlərdən, onların keçdiyi ağır şəraitə baxmayaraq sevməyə və inanmağa, insani dəyərlərin qorunub saxlanılmasından bəhs edir. Əsər bütün bunlara baxmayaraq insanda nikbinliyi oyadır.

Güzel Yaxina şübhəsiz ki, Aleksandr Soljenitsının mənəvi davamçısıdır. A.Soljenitsın 60 il öncə 1959-cu ildə ənmöhtəşəm əsərinini “İvan Denisoviçin bir günü”nü yazıb.

“Yeni dünya” jurnalının köhnə nömrələrindən birini əlimə alanda bu hekayəni oxuduqda yaşadığım hissləri hələ də xatırlayıram. O zamanlar çox gənc idim, bu əsərin gücünü və qüdrətini tamlıqla anlaya bilməsəəm də, “İvan Denisoviç”dən sonra ölkəmin tarixinə başqa cür baxacağıma əmin oldum. Bütün gənclərə bu kitabı oxumağı, birdəfəlik “gözəl sovet keçmişi” hülyasından qurtulmağı tövsiyə edirəm.

Sıravi məhbusun düşərgədə bir günü Stalin represiyaları zamanı həlak olmuş milyonlarla sovet vətəndaşının faciəvi taleyini əks etdirir. Soljenistın bundan sonra bir çox kitab yazsa da, lakin “İvan Denisoviç” kimi bədii əsər səviyyəsinə çatmağa nail ola bilmədi.

Bu il azərbaycanlı yazıçı İsmayıl Şıxlının 100 illiyi olacaq. Buna görə də gənclərimizə “Dəli Kür” romanını oxumalarını məsləhət görərdim.

Bu kitab – sosialist realizmin və ümumi senzuranın hökmranlıq etdiyi bir zamanlarda heç bir məcraya sığmayan bu cür parlaq ədəbi əsərlərin yaranmasına canlı bir nümunədir. Romanın əsas qəhrəmanı Cahandar ağa azərbaycanlı ziyalıların bir neçə nəsilinin bədii təsvirlərinə ən sevilən obrazlardan biri idi. Xarakterlərin gücü, faciəvi ehtiraslar, XX əsrin əvvəllərində Azərbaycan kəndində baş verən proseslərin dərinliyilə romanı dahi rus yazıçısı Mixail Şoloxovun “Sakit Don” əsəri ilə müqayisə etmək olar.

Romanın son sitatını nümunə gətimək istərdim. Ustadın qələmi vasitəsilə Kür obrazı sanki oxucunun gözündə canlanır:

“Cahandar ağa dumanlanmış gözlərini axar suya zillədi. Kür əvvəlcə sakit göründü, elə bil sular mürgüləyirdi, hələ səhər yuxusundan ayılmamışdı. Ancaq bu sükut uzun sürmədi. Kür sanki birdən diksinib çalxalandı. Cahandar ağaya elə gəldi ki, ləpələr baş-başa qalxıb toqquşdu. Çayırı sinəsi qabarıb qalxdı, qollar ağız-ağıza qovuşdu, adalar yox oldu. Su daşıb hər yeri, o taydakı meşəni, sahildəki cələni, yaxındakı kənd evlərini ağzına aldı, yarğanları vurub dağıtdı, hər yer suya qərq oldu. Kişi yəhərin üstündə dikəlmək istədi. Bacarmadı. Ağırlaşdı. Müvazinətini itirdi. Atın boynuna yıxıldı. Elə bil at da hər şeyi anladı. Başa düşdü ki, ayaq saxlamaq, Kürün bu üzündə qalmaq və arxadan gələnlərin əlinə keçmək olmaz. Var gücünü topladı. Qarşısına yarğan çıxdı. Dayanmadı. Atıldı. Onunla bərabər yarğan da uçdu.

Kür çalxalandı, ləpələr döş-döşə gəldi. Suyun üzünə duman çökdü, Kür qəzəblə uğuldayıb özünu yarğanlara çırpdı...”

Romanın V.Solouxin tərəfindən möhtəşəm tərcüməsi Sovetlər Birliyinin bir çox respublikalarında geniş populyarlıq qazanıb.

Və ən sonda, Anton Pavloviç Çexovun əsərlərini dəfələrlə oxumağı tövsiyə edirəm.

Gənc yaşlarımda onun hekayələrindən birini oxumasaydım yatmazdım. İncə və xoş yumor, kinayə, möhtəşəm yığcamlıqla yanaşı, hər detalın bitkinliyi, gözlənilməz novella sonluqları – bütün bunlar Çexovun hekayələrini dünya nəsrinin qısa janr zirvəsinə ucaldır.

...Beləcə mənim qısa səyahətim sona çatdı. Lakin söyləyə bilmədiyim bir çox sevimli kitablarım qaldı. Allah qoysa, gələn dəfə onların adını sadalayaram. Baxışların sayı #5TopBooks layihəsinin olduqca uğurlu və tələbatlı olduğunu təsdiqləyir.

Oxumağa dəyər 5 kitab: tanınmış yazıçı Natiq Rəsulzadə məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Qrem Uilson məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: ADA Universitetinin prorektoru Fariz İsmayılzadə məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Audiokitab-ın rəhbəri Həsən Həsənov məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Çingiz Abdullayev məsləhət görür – FOTO

Oxumağa dəyər 5 kitab: Rəhman Hacıyev məsləhət görür – FOTO

Tərcümə: S.Xankişiyeva

 

 

 

Paylaş:
1925

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər